MTN-in həbs edilən qadın general kimdir - DOSYE

img

19-10-2015 [23:57]


Xəbər verdiyimiz kimi, bir neçə saat öncə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 10-dək əməkdaşı məhkəmə qarşısına çıxarılıb və onlar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib .

"Qafqazinfo”nun məlumatına görə, həbs edilənlər arasında MTN-in Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Mürvətovanın da adı var.

Natəvan Mürvətova Azərbaycan tarixində ilk dəfə olaraq general-mayor hərbi rütbəsi ilə təltif olunan qadındır. O, Prezident İlham Əliyevin 2009-cu il, 28 mart tarixli sərəncamı ilə bu rütbəyə yüksəlib.

Natəvan Mürvətova 2013-cü ildə "Vətən uğrunda” medalı ilə təltif olunub.

Xatırladaq ki, həbs edilən MTN əməkdaşları (adları məlum olanlar- Fərhad Atayev, Natəvan Mürvətova və Füzuli Ələsgərzadə) barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA