Daha iki generalla bağlı sensasion xəbər - Ev dustağı ediliblər

img

19-10-2015 [16:02]


MTN-in daha iki yüksək rütbəli generalı ilə bağlı sensasion məlumat var.

Bu barədə virtualaz.org saytına məlumatlı mənbələrdən informasiya  verilib.

Məlumata görə, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədov ev dustağı edilib. H.Əsədovla yanaşı, MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabov barədə oxşar qərar verilib.

Baş Prokurorluqdan isə generallar Hilal Əsədovla Fərhad Vahabovun saxlanması faktını nə təsdiq, nə də təkzib etməyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA