19-10-2015 [15:08]
«Azərişıq» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin «Azərenerji»nin səlahiyyətləri «Azərişıq»a keçəndən bəri heç kim işdən çıxarılmayıb» sözü ciddi söz-söhbətə yol açıb.
Mia.az xəbər verir ki, bu barədə «Reytinq»ə məlumat verən «Azərenerji»nin məsul əməkdaşları deyir ki, rayon elektrik şəbəkələri «Azərişıq»ın sərəncamına verildikdən qısa müddət sonra Baba Rzayev Etibar Pirverdiyevin kadrlarının əksəriyyətini rəislikdən azad edib:
«Bəli, Baba Rzayev ilk olaraq Etibar Pirverdiyevə ən yaxın olanları vəzifədən uzaqlaşdırıb.
Məsələn, o, ölkənin şimal zonasının elektrik enerjisini tənzimləyən «Sumqayıt Regional Elektrik» MMC-nin ləğv etməklə yanaşı, sözügedən qurumun rəisi Saleh Məmmədlini də sistemdən uzaqlaşdırdı. Hansı ki, Saleh Məmmədli Etibar Pirverdiyevin tələbə yoldaşı və ən sadiq adamlarından idi. Bundan əlavə, əksər şəbəkələrdə rəhbər dəyişikliklərinə getdilər. Bir neçə rayonda isə vaxtı ilə yarıtmaz idarəçiliyinə görə vəzifədən qovulanları Baba Rzayev vəzifələrə yerləşdirdi. Sanki bununla Priverdiyevə güc nümayişi göstərmək istəyirdi. İndisə onun sözçüsü deyir ki, guya heç kim vəzifədən azad olunmayıb, guya hamı bir nəfər kimi yerində işləyir. Tam məsuliyyətimlə deyirəm ki, Tanrıverdi Mustafayev yalan danışır. Rayon şəbəkələrinin demək olar çoxunun rəisləri, satış və istismar şöbələrinin rəisləri də işlərini itiriblər. Elə Abşeron və Sumqayıtda, o cümlədən ölkənin bir sıra rayon şəbəkələrində kimlərlə işlədiyini araşdırsanız, bunun təsdiqini görəcəksiniz».
Məlumatlı şəxsin sözlərinə görə, şəbəkələr Baba Rzayevin nəzarətinə keçəndən sonra fərdi yaşayış evlərinin texniki şərtlərə uyğun elektrik təminatı da ciddi sual altına düşüb:
«Rayon şəbəkələri əvvəllər texniki şərtə uyğun olaraq fərdi yaşayış evlərini qısa müddətdə işıqla təmin edirdilər. Baba Rzayevin dövründə isə bu proseslər də müşkilə çevrilib. Belə ki, texniki şərt alan şəxs evinə işıq çəkilişini təmin etdirə bilmir. Ya onlan rüşvət, ya da əlavə kabellər istəyirlər. Yəni Baba Rzayev və ya sözçüləri elə öyünməsinlər. Bu sahədəki neqativ hallar artıq insanları kəskin etiraz həddinə çatdırıb».
Yeri gəlmişkən, texniki şərtə rəğmən, mənzillərin işıqla təminatında yol verilən özbaşınalıqlarla bağlı «Reytinq»ə əlavə şikayətlər də daxil olub.
Masallıdan daxil olan şikayətlərin birində fevral ayından texniki şərt alınmasına baxmayaraq, hələ də yaşayış evinin elektrik enerjisiylə təmin edilmədiyi bildirilib: «Çoxsaylı şikayət və xahişlərdən sonra sentyabr ayında 70 metrlik xətti çəkib saxladılar. Bir dənə də köhnə sayğac qoyublar. Dedilər bizlik bura qədərdir. Qalanını özünüz cibinizdən həll edin».
Bu və ya digər faktlarla bağlı araşdırmalarımız davam edəcək.
F.ƏHMƏD
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi