19-10-2015 [14:43]
«Əslində, bütün bunlar gözlənilən idi. Artıq neçə müddət idi ki, mən də çıxışlarımda ölkəmizin təhlükəsizliyi ilə bağlı ciddi problemldərin olduğunu deyirdim».
Bu fikrləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev deyib. Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən kənarlaşdırılması ilə bağlı fikirlərini bildirən partiya sədrinin sözlərinə görə, ölkə başçısının bu qərarı önəmli və lazımlı addım idi: «Mən müsahibələrimdə də deyirdim ki, ölkə rəhbəri tək işləyir. Fikir verirsinizsə, prezident 2015-ci ilin əvvəlindən başlayaraq, məmurlara xəbərdarlıq edir, amma indiyə kimi heç bir məmur ciddi nəticə çıxarmayıb. Həmin məmurlar üzdə hə deyib, arxada başqa iş görənlərdir. Milli Təhlükəsizliyi Nazirliyi, xüsusiylə də Eldar Mahmudovun fəaliyyətindən narazılıqlar xeyli müddətdir ki, var idi. Bu nazirlik ölkənin təhlükəsizliyinin təminatından başqa hər işlə məşğul idi. MTN-nin rayon şöbələri rayonlarda ordan-burdan pul yığmaqla məşğuldurlar. Onlar doğum evlərini nəzarətə götütürlər ki, görosünlər nə qədər uşaq dünyaya gəlir onlar da öz paylarını alsınlar. Misal üçün Göygöl rayon MTN-nin nümayəndəsi buk imi işlərlə məşğuldurlar. Rayonlarda sahibkarların, dövlət qurumlarının nümayəndələrini boğazlarına yığmışdılar. Bunların əməlləri bununla bitmir. Ölkə başçısı bu adamlara etimad göstərir, amma onlar qarşılığında vəzifələrini yerinə yetirmirlər. Xarici dövlətlərin maraqlarına xidmət edən müxalifət nümayəndələri həmin şəxslərin rayonda keçirdiyi görüşlər barədə prezidentə məlumat verilmir. Prezidentə xəyanət edən qüvvələrin fəaliyyəti barədə məlumat verməmək nə deməkdir? Görürlər, amma demirlər. MTN Eldar Mahmudovun dövründə Azərbaycana işləməyib. Əgər işləsəydi, ölkədə proezidentə xəyanət edəınlərlə bağlı ölçü götürülərdi. Əgər MTN işləsəydi, bəzi nazirlərin Milli Şura və bu kimi mənfur qüvvələrə maliyyə dəstəyi verməzdi. Əgər MTN öz vəzifəsini yerinə yetirsəydi, hansıa nazirin qohum-əqrəbası ölkənin mili maraqlarına zidd təşkilatlarda təmsil olunmazdı. Mən bu xəyanətin üstünü açdım. Əslində isə bunu MTN etməli idi. Guya bilmirdilər ki, kimi kimə dəstək verir, kim prezidentə xəyanət edir? Hamısını yaxşı bilirdilər, sadəcə, onların özləri də bu xəyanətin içində idilər, Xaricdəki qüvvələr özləri bir başa pul göndərə bilmirlər, amma burdakı xəyanətkar nazirlərə tapşırırlar ki, filan qüvvələrə maddi dəstək ver. Onlar da öz qohumları vasitəsiylə bunu həyata keçirirlər. Nə hikmətdirsə, bu qədər xayanəti MTN görmür, ya da görmək istəmir. Elə bu səbəbdən də Eldar Mahmudovun işdən çıxarılması çox düzgün addımdır».
H.Hacıyev sərəncamdan sonra MTN-də həbslərin başlanmasına da münasibət bildirib. Onun sözlərinə görə, bu məsələ daha detallı və dərindən araşdırılmalıdır: «Bir kii naziri çıxmaq şərtiylə hakim komandada demək olar ki, hamı xəyatənin içindədir. Prezindit müşavirələrdəki fikirlərə ögey yanaşırlar. Prezident hər müşavirədə ictimaiyyətə səslənərək, ölkədəki neqativ hallar barədə insanların ona məlumat vermələrini istəyir. Hesab edirəm ki, bunu hamımız etməliyik. Güc birlikdədir, yalnız bu haldan sonra xalq və ölkə rəhbəri əl-ələ verərək, xəyanətkar məmurlardan yaxa qurtara bilərik. Azərbaycan xalqına müraciət edirəm ki, milli və dövlətçiliyimizin qournması üçün prezident İlham Əliyevin ətrafında birləşsin. MMP hər zaman hazırdır ki, prezident müdafiəsini təşkil edək. Onu da nəzərə çatdırım ki, həmin xəyanətləri təkcə Eldar Mahmudov eləməyib. Ona qorxma-qorxma deyənlər var. Nazirlər var ki, zibillərini Eldar Mahmudov ört-basdır edib. Bundan sonra həmin nazirlərə qarşı da mübarizə aparmaq lazımdır».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi