Ermənilər iki dinc sakinimizi vurdular - VİDEO

img

19-10-2015 [12:14]


Düşmənin Tovuzun Ağbulaq kəndi istiqamətində açdığı atəş nəticəsində 2 dinc sakin yaralanıb.

Mia.az TTV (Region TV) xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Ağbulaq kəndi istiqamətində açdığı atəş nəticəsində iki dinc sakin yaralanıb.

Məlumata görə, kənd sakini Elvin Qafarov itən mal-qarasını axtararkən açıq ərazidə Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı atəşə tutulub.  

Düşmən silahından açılan atəş döyüşə yararlı mərmiyə dəyərək partlayıb. Nəticədə Elvin Qafarov ağır qəlpə yarası alıb. Sol ayağından ağır xəsarət alan Elvinə köməyə gələn həmkəndlisi Qərhəman Cabbarov da atəşə məruz qalıb. Digər mərminin partlaması nəticəsində o da sifət nahiyəsindən yaralanıb.

Hər iki şəxs Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA