Cahangir Hacıyev "Bandotdel"ə çağırılıb

img

19-10-2015 [11:42]


Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin saxlanması barədə KİV-lərdə yayılan xəbərlər öz təsdiqini tapmır.

Virtualaz.org saytının etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə ("Bandotdel”) çağırılıb və orada ifadə verib.

Beynəlxalq Bankın sabiq rəhbəri "kredit oliqarxları”nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib.

Xatırladaq ki, C.Hacıyev oktyabrın 17-də vəzifəsindən azad edilən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA