Nəqliyyat Nazirliyində təcili toplantı - Ziya Məmmədovsuz

img

19-10-2015 [11:36]


Bu gün səhər saatlarından başlayaraq Nəqliyyat Nazirliyində iclas keçirilir. 

Mia.az Baku.Ws-ə istinadən xəbər verir ki, iclas təxminən bir saat əvvəl başlayıb. İclasın nazirliyin rəsmiləri tərəfindən keçirildiyi ehtimal olunur. Çünki hələlik nəqliyyat naziri Ziya Məmmədovun məzuniyyətdən qayıtmadığı bildirilir. İclasda nazirliyin bağlanmış qurumları, orada çalışan işçilərin aqibəti və digər məsələlərin müzakirə olunacağı bildirilir. 

Xatırladaq ki, Ziya Məmmədov oktyabrın 23-nə qədər məzuniyyətdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA