19-10-2015 [11:34]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) həyata keçirdiyi "Gənc Seçicilər Parlament Seçkiləri 2015-ə Hazırdır” layihəsi çərçivəsində 4 günlük təlimin açılışı olub.
Mia.az xəbər verir ki, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə toplantı iştirakçılarını təbrik edən DANİB sədri Elməddin Behbud bütün təhdid və təhlükələrə rəğmən ölkəmizin cənab prezident İlham Əliyevin qətiyyəti, iradəsi nəticəsində ümummili lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil inkişaf yoluna uğurla davam etdiyini bildirib.
Azərbaycandakı milli donor institutlarının yaranmasından da bəhs edən təşkilat sədri Gənclər Fondunun qısa zaman müddətində göstərdiyi fəaliyyətin təqdirəlayiq olduğunu, keçən dövr ərzində minlərlə gəncin və gənclər təşkilatının layihələrinin dəstəkləndiyini vurğulayıb. Elməddin Behbud dövlət gənclər siyasətinin əhalinin sözügedən yaş qrupundan olan bütün şəxslərin hərtərəfli inkişafını təmin etmək məqsədi daşıdığını və bu istiqamətdə ardıcıl olaraq sistemli tədbirlərin həyata keçirildiyini qeyd edib. Birliyin sədri təlimə qatılmaq üçün gənclərin fəallıq nümayiş etdirməsinin seçkilərə olan maraqdan irəli gəldiyini və layihəyə 200-dək müraciətin olduğunu deyib:
"DANİB olaraq hər zaman dövlətimizin bütün sahələrdə yaratdığı imkanları yüksək qiymətdirərək gənclərin milli-mənəvi dəyərlərimizə sadiq şəkildə, eyni zamanda müasir bilik və bacarıqlara yiyələnməklə inkişafı etməsi üçün fəaliyyətimizi davam etdiririk. Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyimiz "Gənc Seçicilər Parlament Seçkiləri 2015-ə Hazırdır” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarından (Samux, İsmayıllı, Naxçıvan, Cəbrayıl, Qazax, Şəmkir, Şirvan, Gəncə və s.) seçilən iştirakçılar üçün bu gündən etibarən 4 günlük maarifləndirici təlim başlayır. Təlim müddətində gənclərin parlamentin funksiyaları, Milli Məclisin və deputatın səlahiyyətləri, seçkilərin demokratiyada yeri və rolu, seçkilərdə iştirak prinsipləri, seçki komissiyaları, deputatlığa namizədliyin irəli sürülməsi və qeydiyyatı, təbliğat-təşviqat prosesi, Milli Məclisə seçkilərin yekunları və digər mövzularda məlumatlandırılması nəzərdə tutulur. Məqsəd gənc seçicilərin, xüsusilə də səsvermədə ilk dəfə iştirak edəcək gənclərin maarifləndirilməsinə, onların seçki prosesinə marağının artırılmasına, seçkidə daha fəal iştirak etmələrinə nail olmaqdır. Əminəm ki, gənclər böyük mütəşəkilliklə 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərə qatılaraq azad şəkildə siyasi iradələrini ifadə edəcəklər”.
Təlimçi Mirəli Hüseynov çıxış edərək təlimin mövzusu və gündəliyi haqqında iştirakçılara ətraflı məlumat verib. Daha sonra təlim qrup oyunları ilə işini davam etdirib.









Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi