18-10-2015 [22:36]
Oktyabrın 15-də Rusiyanın İjevsk şəhərinin Xalqlar Dostluğu Evində, Udmurtiya Respublikasının Milli Siyasət Nazirliyinin və Xalqlar Dostluğu Evinin dəstəyi ilə "Udmurtiya Azərbaycan Dostluq İctimaiMərkəzi” Udmurtiyanın milli mədəni birlikləri arasında Nə? Harada? Nə zaman? oyununun 40 illiyi münasibətilə həmin intellektual idman oyunun açıq çempionatını keçirib.
Mia.az xəbər verir ki, açılış mərasimində Udmurtiya Respublikasının Milli Siyasət naziri xanım Larisa Nikolayevna Buranova, Xalqlar Dostluğu Evinin direktor müavini xanım Larisa Vladimirovna Soloninko, "Dostluq” Azərbaycan Diasporasının rəhbəri Zülfüqar Mirzəyev idmançılara uğurlar arzulayıb.
Bayram tədbirində qonaqları səmimi salamlayan "Dostluq” Azərbaycan Diasporasının rəhbəri Zülfüqar Mirzəyev, Milli Siyasət Nazirliyinin rəhbərliyinə, Xalqlar Dostluğu Evinə, "AMOR”-un idarə heyətinin üzvü Həsənova Ayət Hümbət qızına və "AzərTac” İnformasiya Agentliyinə tədbirin təşkilatçılığında göstərdikləri köməyə və iştiraka görə təşəkkür etdi, sonra isə təhsil müəssisələrinin qızıl medal və diplom alan məzunlarını təntənəli şəkildə mükafatlandırdı.
Oyuna klubun mütəxəssisləri, Nə? Harada? Nə zaman? Rusiya televiziya oyununun oyunçuları, oyunun qalibləri və "Büllur bayquş” mükafatının sahibləri Rövşən Əskərov və Dmitri Avdeyenko aparıcılıq etdilər .
Yarışda respublikanın milli-mədəni birliklərindən ibarət 17 komandanın tərkibində ümumilikdə 100 dən çox mütəxəssis iştirak edib. Onları oyunu seyr edən 300-dən çox tamaşaçı dəstəkləmişdir. "Beyin fırtınası” üç saata yaxın davam edib və bu zaman ərzində komandalar müxtəlif sahələrlə bağlı yüksək bilik səviyyəsi göstərərək qələbə uğrunda layiqli mübarizə aparıblar.
Oyunda təkcə rəqabət deyil, həmçinin bayram əhval ruhiyyəsi hökm sürürdü. Tədbir milli vətənpərvərlik və qürur hisslərinin formalaşması , hər bir xalqın, xalqlar arası dostluq münasibətlərinin möhkəmlənməsinə tövhə verməsi məqsədilə təşkil edilib.
Final oyunlarından sonra ən yaxşı bilik komandalarının adları məlum oldu. Birinci yeri Udmurtiya Respublikası Yəhudi İctimai Mədəniyyət Mərkəzinin komandası "Kip- İj”, ikinci yeri Udmurtiya Respublikası Milli Siyasət Nazirliyinin komandası "Minnats UR”, üçüncü yeri isə Udmurtiya Respublikası Kryaşen (tatar) Milli Mədəni Mərkəzinin Komandası "Vse po QOSTu” tutub.
Qaliblərə mükafatları "Azərbaycan Udmurtiya Dostluq İctimai Mərkəzi” Regional İctimai Təşkilatının rəhbəri Zülfüqar Mirzəyev, Udmurtiya Milli Siyasət Naziri xanım Larisa Nikolayevna Buranova, "Nə? Harada? Nə zaman?” intellektual televiziya oyunu klubunun mütəxəssisləri, Nə? Harada? Nə zaman? oyununun 2004-cü il üzrə mütləq dünya çempionları, "Büllur bayquş” mükafatının sahibləri Rövşən Əskərov və Dmitri Avdeyenko təqdim etdilər.
Çıxışının sonunda Udmurtiya Respublikasının Milli Siyasət naziri xanım Larisa Buranova, Rövşən Əskərova, Dmitri Avdeyenkoya, Ayan Həsənovaya və "AzərTac” İnormasiya Agentliyinin rəhbərliyinə Udmurtiyada "Nə? Harada? Nə zaman?” açıq turnirinin keçirilməsində fəal iştirak etdiklərinə təşəkkür etdi. O, həmçinin qeyd etdi ki, hal-hazırki tədbir çox yüksək səviyyədə keçirilib və "Udmurtiya Azərbaycan Dostluq İctimai Mərkəzinin” rəhbəri Zülfüqar Mirzəyevə gələcək işlərində uğurlar arzu etdi.
Turnir təşkilatçıları yarış iştirakçılarını Pərviz Mahmudovun möhtəşəm ifasında "Mənim Azərbaycanım” , Faiq və Rauf Mirzəyev qardaşlarının ifasında "All or me” mahnısı ilə sevindirdilər.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi