İlham Əliyev fövqəladə toplantı çağırdı - Təhlükəsizlik məsələləri müzakirə olunub

img

18-10-2015 [20:29]


Bu gün Azərbaycan prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə fövqəladə toplantı keçirib.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün bazar günü olmasına baxmayaraq, dövlət başçısı işə çıxıb.

Məlumatlara görə, toplantı Prezident Adminstrasiyasında Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə baş tutub. Toplantıda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.

Digər məlumatlara görə, dünən prezident Eldar Mahmudovu vəzifədən azad etməzdən əvvəl onu şəxsən qəbul edib və nazirin yarıtmaz fəaliyyəti faktlarla qarşısına qoyulub.

Məhz həmin ərəfədə də Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən MTN-də əməliyyat keçirildiyi qeyd edilir.

Onu da əlavə edək ki, bu hadisələr dövlət başçısının Qazaxıstan səfərindən geri qayıtmasından dərhal sonra baş verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA