18-10-2015 [18:09]
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında Prezidentin sərəncamına münasibət bildirib.
Onun sözlərinə görə, bir çoxları üçün gözlənilməz olan bu addımın əsl səbəbləri yalnız ölkə rəhbərinə bəllidir:
"Bununla bərabər, ötən dövr ərzində milli təhlükəsizlik sferasında görülmüş işlərin müsbət qiymətləndirilməsini hamımız təqdir edirik. Lakin onun paralelində "dövlət başçısını nələr qane etməyib” sualına cənab İlham Əliyevin idarəetmə stilinin və yüksək tələblərlə yanaşdığı komandasına son mesajlarının kontekstində aydınlıq gətirə bilərik.
Öncə, dövlət sistemində stuktur islahatlarının davam etdiriləcəyini, komandada yeniliklərin olacağını, idarəetmənin yeni mərhələsinə keçidin baş verəcəyini xatırlatmaq istəyirəm.
Unutmamısızsa, bir müddət öncə Milli Təhülkəsizlik Nazirliyinin də mühüm səlahiyyətlərindən biri başqa quruma tapşırılmışdı. Bunun niyə edildiyini başa düşmək çətin deyildi. Siyasi elitamızın kürəyini söykəməli olduğu orqan özü tam təlükəsilik qarantiyasını ortaya qoya bilmir, əksinə bəzən ciddi hakimiyyət spamları yaradırdı”.
Deputat həmçinin bu müddət ərzində MTN orqanlarının daha çox nələri etməli olduğunu barədə də danışıb:
"Nəzərə almalıyıq ki, bu struktur xəfiyyə orqanıdır. Kəşfiyyat sistemi isə peşəkarları tələb edir. Bu o deməkdir ki, regional miqyasda milli mənafeyimiz əleyhinə istənilən riskləri - terror planlarını, mütəşəkkil iqtisadi cinayətkarlıq cəhdlərini hətta hərbi xarakterli məsələləri də fəaliyyətinin başlıca hədfində saxlamalı olan orqan sanki narkotiklərə qarşı mübarizə strukturu səviyyəsinə enmişdi.
Daha geniş miqyaslı işləri buraxıb lokal səviyyəli və daxildə digər qurumlarla paralel çalışmağa cəhd eləmək dövləti beynəlxalq maraqları uğrunda mübarizədə xeyli zəif salırdı. Gəlin razılaşaq ki, Azərbaycanın təhlükəsilik orqanları iqtisadi inkişafımızın başlıca qoruyucusuna və maraqlarımızın irəliləməsinə demək olar ki, əsaslı yardım edə bilmirdilər.
Gözəgörünməz cəbhədə ölkəmiz əleyhinə planları, təhdidləri aradan qaldırmalı olan orqan kəşfiyyat işində böyük uğurlara imza ata bilmirdilər.
Çünki qlobal miqyasda düşüməyi bacarmaq, konseptual layihələrlə işləyənlərə istinad etmək, beyin mərkəzi rolunu oynamaq əvəzinə, daha dar çərçivədə mövqe savaşı aparmaq, yaxud qanunsuz dinləmlər həyata keçirmək milli təhlükəsilik siyasəti sayıla bilməzdi”.
Parlament üzvü deyib ki, dövlətimizin bu günə qədərki sabitliyini qürur mənbəyi kimi vurğulayırıq, amma, bunun yalnız MTN tərəfindən təmin olunduğunu söyləmək çətindir: "Burada prezident yanında mühafizə xidməti və digər strukturların rolu misilsiz olub. Məhz ona görə regional miqyasda ölkəmizin maraqları üçün atılan addımların miqyası məxfi xidmətin işinin təşkilinə görə siyasi elitamızı qətiyyən qane etmirdi. Görünən bu idi ki, biz mühüm hədəflərdən qalmışıq.
Təbii,biz qlobal miqyaslı vəzifələri qarşımıza qoymamışıq. Çünki beynəlxalq siyasi düzəni müyyənləşdirən dövlət deyilik, lakin bölgədə mənafe savaşında hansı kontur planlarımız var.
"Xəfiyyə orqanları burada hansı rol oynayır?” məsələsi heç vaxt qanedici cavabını tapmayıb. Ona görə bizim məkanda xarici xidmət orqanları da xeyli kök salmışdı”.
Kadr məsələsinə toxunan deputat bu məsələdə də çatışmazlıqların olduğunu istisna etməyib, həmçinin, peşəkar kadrların sıradan çıxdığını da deyib.
Zahid Oruc Milli Təhlükəsizlik Nazirliyində Beynəlxalq Bankla bağlı məsələnin həll edilməməsi və sahibkarların incidilməsi məsələsinə də aydınlıq gətirib:
"Beynəlxalq Bankın ətrafında yaşananlar sübut etdi ki, ağır iqtisadi cinayətlərə qarşı mübarizə aparmalı olan orqan dövlətin əsas maliyyə siyasətini həyata keçirməkdə iştirak edən Beynəlxalq Bankın geri qaytarılmayan kreditlərində də iştirakçı olub və hər hansı bir məsuliyyətə də malikdir.
Bu işin Daxili İşlər Nazirliyinə tapşırılması da təsadüfi deyildi. Çünki dövlətin həmin struktura zamanın sınağından çıxmış əsaslı etimadı vardı. Beynəlxalq bankla bağlı işin ölkənin maliyyə-bank sferasına və iqtisadi sabitliyə vurdğu ziyanı artıq hamı etiraf edir.
Qeyri-rəsmi məlumata görə,manatın dollar qarşısında 33.5 devalvasiyası zamanı da məxfi məlumatlardan, dövlət sirrlərinin əldə edilməsindən böyük iqtisadi fayda götürülməsi üçün istifadə edilib.
Bu isə dövləti həyata keçirmək istədiyi iqtisadi tədbirin linç edilməsi, gözlənilən iqtisadi təhülkədən az itki ilə çıxmasını xeyli əngəlləmiş oldu.
Adətən belə məsələrlə xarici xidmət orqanları və diversiya qrupları məşğul olur. Bir məqamı da xüsusi qeyd etməliyik.
Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısının sahibkarlığın boğulması istiqamətindəki mesajlarının ünvanı ətrafında ictimaiyyətdə böyük diskussiyalar və canlı axtarışlar gedirdi.
S
ahibkarın soyulmasının yeni iş yerlərinin açılmasına vurduğu zərbə və büdcəyə ödəmələrin əngəllənməsi haqlı olaraq dövlətin birinci şəxsində qəzəb doğurmuşdu.
Orada sahibkarlığın boğulması, onların müxtəlif soyulmalara məruz qaldığı vurğulandı. Lakin hamıya bəllidir ki, hüquq-mühafizə orqanlarının müdaxiləsindən danışarkən ilk növbədə MTN nəzərdə tutulurdu.
Çünki iş adamları üzərində töycü və təhkimçilik qaydalarını quran, onlardan qanunsuz ödəmələr tələb edən nə qədər dəhşətli olsa da, təhlükəsizlik qurumunun təmsilçiləri idi.
Ölkəyə gələn azərbaycanlı iş adamalarının sanki ovu aparılırdı. Hərəsinin üstünə "damarına baxıb qan təzminatı” qoyulurdu. Özünə və iqtisadi fəaliyyətinə təhlükə görən vətəndaş əlində olan heç bir mühüm xəbəri həmin təşkilata verməzdi.
Bu isə əzəmətli və mifik gücə çevrilən Mərkəzi Kəşfiyyat İdarəsinə bənzər quruma çevrilmək əvəzinə, sadəcə qorxu saçan struktur effektini doğururdu.
Əgər kiminsə pulunu alaraq onunla qeyri-rəsmi biznes ortağına çevrilirsənsə, onda həmin adamların separatçı və cinayətkar şəxslərdən də maddi ödənclər müqabilində ölkənin mənafeyini satmaq perspektivini ağlımıza gətirməliyik.
Bu isə insanlarda etimad əvəzinə, sadəcə qorxu istinkti ilə işləmək deməkdir.
Buna istənilən ictimai sorğularda şahid ola bilərsiniz. Təəssüf ki, ölkənin milli təhlükəsizlik həyatı ilə bağlı əsas qoruyucu zireh olan bir təşkilatın təmsilçiləri bölgələrdə müxtəlif şəkildə sahibkarlıq fəaliyyətinə müdaxilələr edirlər.
Bu cür hallarla dəfələr qarşılaşmışıq. Onlarla insanın müraciəti bizdə hələ də durur. Lakin onları ictimailəşdirmədən digər vasitələrə aradan qaldırmaq cəhdləri isə belə vəziyyətə səbəb olurdu. Cəmiyyətdə mif yaratmağa borclu olan bir nazirlikdən insanlara özlərini qorumağa cəhd göstərirdilər.
Cənab Prezident parlament seçkilərinin başa çatmasını gözləmədən müstəqilliyimiz üçün önəmli gündən bir gün öncə vacib qərar verdi. Adətən kiminsə istefaya göndərilməsini yeni təyinat müşayiət edir.
Göründüyü kimi, bu elə bir situasiyada verilmiş qərar idi. Ölkə başçısının son müşavirədə söylədiyi kimi, hiddətini daşıran, onu hövsələdən çıxaran real idarəetmənin gələcəyinə mane olan hallarla bağlı informasiyalar o qədər böyük olub ki, Prezident milli mənafelərimiz üçün hansı şərti tarixi günü gözləməyi təhlükə sayıb".
Zahid Oruc deyib ki, ölkədə yeni idaəetmə erasının başlaması seçki mübarizəsindən, partiya və digər hərəkatlardan deyil, birbaşa dövlətin birinci şəxsindən və onun gələcəklə bağlı planlarından qaynaqlanır:
"Ona görə də cəmiyyət Prezidentimizin belə qərarlarının yanındadır, onu hamılıqla müdafiə edir və əslində bunları inqilabi dəyişikliklər kimi qəbul edir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi