Prezident İlham Əliyev fərman verdi, nazirliyin əsasnaməsində dəyişiklik oldu

img

18-10-2015 [13:33]


Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən Əsasnamənin 8.25-1-ci bəndində "turistlər üçün elektron viza almaq hüququ olan” sözləri "turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, dəyişiklik Əsasnamənin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA