17-10-2015 [18:05]
Deputatlığa namizəd, biznesmen-deputat Əsabil Qasımovun seçki qərargahında DSK sədri, icra başçısının müavini və bir çox başqa məmurlar təmsil olunub.
Mia.az xəbər verir ki, belə bir iddianı təsdiq edən fotoları "Basta”ya Müsavat Partiyası tərəfindən 79 saylı İmişli seçki dairəsindən namizədliyi irəli sürülən, İmişlinin əvvəlki deputatı İltizam Əkbərli təqdim edib.

Şəkildə sağdan sola:
1.Əlirza Haqverdiyev - İmişli Bələdiyyəsinin sədr müavini
2.Sabit Yaqubov - 79 saylı İmişli seçki dairəsinin sədri
3.Naib Xəlilov- Deputatlığa namizəd Əsabil Qasımovun vəkili, xalası oğlu, "Karmen” şirkətininİmişli üzrə satış müdiri
4. İftixar Əliyev- İmişli Bələdiyyəsinin sədri
5.Nəvaşir Bəşirov - 7 saylı Ərazi Ekoloğiya və Təbii sərvərlər şöbəsinin rəisi
6.Valid Ağayev - İmişli rayon İH-nin iqtisadi məsələlər üzrə müavini
7.Səməd Səmədov - Yerli qəzetin redaktoru
8. Saleh Səmədov - Standartlaşdırma, Metroloğiya və Patent üzrə İmişli Ərazi İdarəsinin rəisi
9.Səlim Mehdizadə-Rayon İH başçısının müavini
10.Rahim Zahidov- Rayon İH aparatında hüquq şöbəsinin müdiri
11.Əsabil Qasımovun seçki qərargahının üzvü
12.Əlişir Əhmədov- Rayon İH-nin işçisi
13. Sabit Səmədov- Rayon İH-nin işçisi
Rayon İH-nin rəhbərliyinin, vəzifəli şəxslərin, dairə seçki komissiyasının sədrinin və iqtidarın deputatlığa namizədinin vəkilinin iştirakı ilə keçirilən məclisin bu şəkilindən sonra haqlı bir suala cavab tapmaq zərurəti yaranır – 79 saylı dairənin ərazisində qeydiyyata alınmış 15 namizədin hamısına ədalətli və bərabər münasibətdən danışmağa dəyərmi? (Seçki Məcəlləcinin 17.6.2-ci maddəsi).
Parlament seçkilərinin təşviqat-təbliğat mərhələsinin davam etdiyi indiki dövrdə 79 saylı dairə seçki komissiyasının sədri Sabit Yaqubovun YAP-n namizədi Əsabil Qasımovu dəstəkləməsi kimi başa düşülən bu hərəkətinə nə ad vermək olar? (Seçki Məcəlləsinin 17.64-cü maddəsi).
İltizam Əkbərli bildirib ki, Əsabil Qasımov formal olaraq başqa bir seçki qərargahı yaratsa da, əslində onun seçki qərargahı bu fotodakı insanlardan ibarətdir. Ölkədə elə bir vəziyyət yaranıb ki, müstəqil və müxalifətçi namizədlər əslində hakimiyyət partiyasının dəstəklədiyi rəqibləri ilə yox, bütöv bir dövlət aparatı ilə, üstəlik seçki administrasiyası ilə mübarizə aparmaq zorunda qalıblar.
Əldə etdiyimiz məlumata görə, Rayonda Ə.Qasımovun təbliğatını əsasən rayon İH-nin vəbələdiyyələrin işçiləri aparırlar. Yerlərdə iclasları təşkil edənlər də yerli icra nümayəndələri və yerli bələdiyyə sədrləridir.
Bu gün isə görüşlərdə daha ciddi qanun pozuntusuna yol verilib.
Rayonun həm Çahar kəndində, həm də Göhərli kəndində kənd çeçki məntəqələrinin sədrləri, katibləri və üzvləri çıxışa məcbur ediliblər. Seçki məntəqəsinin rəhbərləri və üzvləri deputatlığa namizəd Ə.Qasımovu tərifləyərək, seçiciləri ona səs verməyə çağırıblar. Qanun pozuntusunu izləyən Göhərli kəndinin nüfuzlu ziyalısı Kamil müəllimin Seçki Məcəlləsinin tələblərinin belə açıq şəkildə pozulmasına etirazı isə namizədlə ziyalı arasında mübahisəyə səbəb olub.
Mərkəzi Seçki Komissiyası və onun sədri Məzahir Pənahovun, eləcə də YAP-ın və iqtidarın yüksək rütbəli təmsilçilərinin İmişlidə "seçki konseyi"nin bu cür ifşasına necə reaksiya verəcəkləri maraq doğurur.

bastainfo.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi