17-10-2015 [11:38]
"MDB ölkələri arasında əmtəə dövriyyəsi azalıb. Dünyada baş verən müəyyən proseslər nəzərə alınsa, burada, əlbəttə, obyektiv amil var. MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib. Biz hesablaşmaları dollar ilə apardığımıza görə bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır".
Bu sözləri Prezidenti İlham Əliyev Qazaxıstanda keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclasında deyib.
Ölkə başçısı qeyd edib ki, Vladimir Putinin hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdi: "Bu, bizim fəaliyyətimizlə bağlı olmayan müəyyən maliyyə risklərindən yaxa qurtarmağa, həmçinin milli valyutalarımızı möhkəmlətməyə imkan verər, iqtisadi inteqrasiya işinə daha çox kömək edərdi. İqtisadi sahədə əməkdaşlığın yeni formalarının, həmçinin xüsusən zəngin təbii ehtiyatlara malik olan ölkələrdə yeni iqtisadi modelin möhkəmlənməsinin yeni formalarının axtarışı, əlbəttə, dövlətlərimizin gündəliyindədir. Düşünürəm ki, burada meydana çıxan riskləri minimuma endirmək üçün daha fəal məsləhətləşmələr, fikir və təcrübə mübadiləsi aparmaq olar”. Prezident vurğulayıb ki, təbii ehtiyatlara malik MDB ölkələri neft və qaz hasil edən çoxsaylı ölkələr arasında bu böhrana müqavimət baxımından ən yaxşı göstəricilərə malikdirlər:
"Azərbaycan nəqliyyat təhlükəsizliyi məsələlərində fəal iştirak edir. Biz, həmçinin bütün MDB ölkələrini irəli sürdüyümüz təşəbbüslərə, o cümlədən Birliyin üzvü olan bəzi ölkələrlə müştərək təşəbbüslərə qoşulmağa dəvət edirik. Bu ilin avqustunda Qazaxıstandan keçməklə Çindən Azərbaycana gələn ilk konteyner qatarı qəbul edilib. Bu, Şərq-Qərb dəhlizinin yeni cizgilər kəsb etməyə başladığını göstərən yaxşı əlamətdir. Bu dəhlizin böyük geosiyasi əhəmiyyəti var və o, əlbəttə, həmin yol üzərində, habelə bu nəqliyyat marşrutunun yaxınlığında yerləşən ölkələrin daha sıx inteqrasiyasına imkan verəcək”.
İ.Əliyev bildirib ki, "Şimal-Cənub” dəhlizinin layihəsi üzərində Azərbaycan ilk növbədə Rusiya və İranla fəal işləyir:
"Artıq ciddi razılaşmalar əldə olunub, bizim dəmir yolu magistrallarının birləşdirilməsi prosesinin sürətləndirilməsinə dair konkret qərarlar qəbul edilib. Bu layihə böyük maliyyə gəlirləri vəd edir.
Bu magistral Çinin, Hindistanın, İranın, Azərbaycanın, Rusiyanın və Avropanın nəhəng bazarlarını birləşdirən ən rahat və ən qısa yoldur. Həmçinin sizə bu barədə məlumat vermək və tərəfdaş ölkələrimizi bu layihəyə qoşulmağa dəvət etmək istərdim.
Bu iştirak müxtəlif formada ola bilər – sərmayə qoyuluşu, yüklərin təminatı ilə bağlı məsələlər. Düşünürəm ki, biz bu istiqamətdə birlikdə işləyə bilərik. Əgər sərmayələrlə bağlı istək olarsa, biz bunu yalnız alqışlayacağıq. Əgər belə arzu yoxdursa, bu magistralın yaxın iki il ərzində tam işə düşməsi üçün mümkün yeni yüklərin səfərbər edilməsi sahəsində birgə işləyə bilərik”.
Dövlət başçısı regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi məsələsinə də toxunub: "Bu gün artıq çıxışlarda bununla əlaqədar narahatlıqlar səsləndi. Biz hamımız bunu yaxşı görürük, müşahidə edirik. Terrorizmə qarşı mübarizədə bütün dünya birliyinin çoxplanlı əməkdaşlığı olmadan dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz. MDB ölkələri, hər halda bu ölkələrin əksəriyyəti beynəlxalq terrorizmin nə demək olduğunu öz üzərlərində hiss ediblər. Bu təhlükə bu gün region ölkələri üçün bilavasitə risklərin və bizim hamımız üçün potensial risklərin mənbəyidir. Buna görə də bugünkü mərhələdə beynəlxalq terrorizmə qarşı mübarizə bütün ölkələr üçün prioritet olmalıdır və biz yalnız səylərimizi birləşdirməklə qarşıya qoyulmuş məqsədlərə çata bilərik. Əlbəttə, risklərin minimuma endirilməsi, habelə beynəlxalq terrorizmi doğuran səbəblərin üzə çıxarılması, aşkar edilməsi istiqamətində çox işləmək lazımdır. Bunun çox böyük kənar səbəbləri var, terroryönümlü müəyyən qruplar, qruplaşmalar maliyyələşdirilir.
Amma həmçinin daxili səbəblər də mövcuddur. Daxili səbəb isə yoxsulluq, savadsızlıq, gerilik, radikalizm, fundamentalizm, sosial ədalətsizlikdir. Əgər bu və ya digər ölkədə bu obyektiv səbəblər yoxdursa, orada xaricdən göstərilən bütün səylərə baxmayaraq, terrorizmin yetişməsi üçün zəmin yaratmaq çox çətin olacaq. Buna görə də sosial-iqtisadi xarakterli məsələlərin, təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə məsələlərinin həlli üzərində səylərin birləşdirilməsi – bütün bunlar bu gün ölkələrimizin əsas gündəliyini təşkil edir. Biz region ölkələri ilə sülh və həmrəylik şəraitində yaşamaq, inkişaf etmək, uşaqların savadlı, təhsilli, sağlam böyüməsini istəyirik. Bunun üçün bizə təhlükəsizlik lazımdır. Buna görə də Azərbaycan öz tərəfindən beynəlxalq terrorizmlə mübarizə üçün bundan sonra da bütün səylərini əsirgəməyəcək”(axar.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi