Nəqliyyat müfəttişlərinə işə çıxmaq qadağan edildi

img

16-10-2015 [17:39]


Bu gün Nəqliyyat Nazirliyində daha bir departamenti fəaliyyətini dayandırılıb. Mia.az-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, bu gündən etibarən Nəqliyyat Nazirliyinin tərkibində Bakı Sərnişin və Yük Daşımalarının Təşkili şöbəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Şöbənin bağlanmasına isə dünən qurumun xidmətinin ləğv edilməsi səbəb olub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Nəqliyyat Departamentinin əməkdaşlarına da bu gün işə çıxmamaq barədə göstəriş verilib.
Prezidentin 14 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verildikdən sonra faktiki olaraq Bakı Sərnişin və Yük Daşımalarının Təşkili şöbəsinin əməkdaşları heç bir xidmət göstərə bilməyəcəkdilər. Bu səbəbdən də, onların fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Çox guman ki, onların fəaliyyəti daha davam etməyəcək. Hələlik həmin qurumun işçilərinin aqibətilə bağlı isə heç bir məlumat verilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA