"Ermənistan ordusunda əsgər çatışmazlığı, hərc-mərclikvə fərarilik..." - MN

img

16-10-2015 [16:21]


Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sərhəd kəndlərində növbətçilik qaydasında silahlı "drujinniklərin” mühafizəyə cəlb olunması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, Ermənistanın sərhəd kəndlərində növbətçilik qaydasında silahlı "drujinniklərin” mühafizəyə cəlb olunması yeni xəbər deyil: "Əgər əvvəllər düşmən tərəfi bu cür praktikadan yalnız işğal olunmuş ərazilərdə istifadə edirdisə, bu gün artıq dövlət sərhədində də erməni kəndlərinin mühafizəsinə rəsmi olaraq ordudan başqa mülki şəxsləri də cəlb etmək məcburiyyətində qalıb. Dəfələrlə bildirdiyimiz kimi, qarşı tərəfin yerli əhalidən olan mülki şəxsləri silahlandıraraq səngərlərə doldurması Ermənistan ordusunda kritik həddə çatan əsgər çatışmazlığı, hərc-mərclik, nizam-intizamsızlıq və fərarilik hallarının artmasından, həmçinin Azərbaycan əsgərinin xofu və qorxusundan irəli gəlir. Bunun əksinə olaraq Silahlı Qüvvələrimizdə xidmət böyük ruh yüksəkliyi, əzmkarlıqla təşkil edilib, şəxsi heyət qabaqlayıcı tədbirlər görməklə düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır və ona sarsıdıcı zərbələr endirir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA