Prezidentlər bir araya gəldi - MDB sammiti başladı

img

16-10-2015 [12:18]


Qazaxıstanın Akmolin vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı başlayıb.

APA-nın "Kazinform”a istinadən verdiyi məlumata görə, toplantıda Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyev, Belarus prezidenti Aleksandr Lukaşenko, Ermənistan prezidenti Serj Sarkisyan, Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Almazbek Atambayev, Tacikistan prezidenti Emomali Rahmon, Özbəkistan prezidenti İslam Kərimov, Moldovanın xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Andrey Qalbur, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Satlık Satlıkov, Ukraynanın Qazaxıstandakı müvəqqəti işlər vəkili Yuri Lazebnik və MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak edir.

İclasda BMT-nin 70 illiyi və Çernobl AES-də baş vermiş qəzanın 30 illiyi ilə bağlı sənədlərə baxılacaq. Bundan başqa, prezidentlər miqrasiya, cinayətkarlıqla mübarizə, mədəniyyət, fövqəladə halların aradan qaldırılması və bu barədə xəbərdarlığın olunması, sərhədlərin qorunması, hərbi sahədə əməkdaşlıq məsələlərini əks etdirən sənədləri qəbul edəcəklər.

2020-ci ilə qədər hərbi əməkdaşlığa dair Konsepsiya, 2016-2020-ci illərdə xarici sərhədlərlə bağlı əməkdaşlıq və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi Proqramı da qəbul olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA