Prezident xəbərdarlıq etdi, nazirlik bir sıra qadağaları qaldırdı - SİYAHI

img

16-10-2015 [12:13]


İqtisadiyyat və Sənaye Nazirliyi bir sıra lisenziyaların ləğv edilməsinə qərar verib.

Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Prezident İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması barədə verdiyi tapşırıqların icrası olaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin dünən keçirilmiş geniş kollegiya iclasında Nazirlik tərəfindən verilən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası fəaliyyətinə lisenziyaların xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısından çıxarılması barədə təkliflərin verilməsi qərara alınıb.  

Bununla yanaşı, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılaraq, sayının azaldılması barədə ən qısa zamanda təkliflərin hazırlanması barədə qərar qəbul edilib(Trend). 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA