"Atəşgah" sığortaçının pulunu niyə vermir? - Şikayət

img

16-10-2015 [11:39]


""Atəşgah" Sığortanın direktoru məndən 5000 manat  istəyir ki, avtomobil qəzasında mənə dəymiş 14000(on dörd min ) manat kompensasiyamı özümə versinlər. Mən isə buna razı olmadığım üçün indiyə qədər kompensasiyamı ala bilməmişəm". 

Bu sözlər Ağdaş rayonu N.Nərimanov küçəsində yaşayan Hüseynov Əhməd Həmid oğlu tərəfindən Mia.az-a daxil olmuş şikayətdə yer alıb. 

Şikayətçi yazır ki, 19 may 2015-ci il tarixdə  Ağdaş rayonunun Ləki kəndi ərazisində mənim idarə etdiyim  "Kia "  markalı 44 BR 939 dövlət nömrə nişanlı avtomobillə qarşı tərəfdən gələn Mersedes markalı 90 VT 771 nömrəli avtomobilin toquşması nəticəsində avtomobilimə ciddi zərər dəyib:

"Zərərin məbləğinin 14000 ( on dörd min ) manat olmasına dair  mütəxəsis rəyi verildi ki, biz həmin sənədləri avtomobilimi kaska sığorta etdiyim "Atəşgah " Sığorta Şirkətinə təqdim etdim." Atəşgah" Sığorta şirkətinin rəhbərliyi mənə bildirdi ki, bu şərtlə 14000 manatı sənə ödəyəcəyik, məbləğin 5000 manatı bizim olacaq. Buna razı olmadığım üçün indiyə qədər süründürməçiliyə məruz qalmışam. Bütün qanunu sənədlərim var. Avtomobilin qarşı tərəfin səhvi nəticəsində baş verməsi barədə məhkəmə sənədləri var. Qəzaya səbəb olan avtomobilin sürücüsü inzibati məsuliyyətə cəlb edilib.Ancaq saxtakarlıqla, rüşvətxorluqla məşğul olan "Atəşgah " Sığortanın rəhbərliyi korrupsiya əməllərinə görə hələ də cəzalandırılmayıblar. Hətta Maliyyə Nazirliyi yanında Sığorta Nəzarəti Ağentliyinə etdiyim müraciət əsasında aparılan araşdırma nəticəsində avtomobil qəzası nəticəsində sğorta hadisəsi olması və dəymiş zərərin  ödənilməsi barədə təqdimat da göndərilib. Həmin təqdimatda icra vaxtı 5 gün qeyd edilməsinə baxmayaraq, indiyə qədər icra eilməmişdir.

"Atəşgah" Sığorta Şirkəti indiyə qədər bu qədər müraciətlərə heç bir rəsmi cavab verməyib. Bu korrupsiyaya qurşanmış " Atəşgah" Sığorta Şirkəti əhalini yalançı reklamlarla aldadıb cibini soymaqla məşğul olur ki, bunun qarşısı alınmalı bu saxtakarlar barəsində qanunu tədbirlər görülməlidir.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Maliyyə naziri cənab Samir Şərifova, Baş Prokuror cənab Zakir Qaralovdan xahiş edirəm, "Atəşgah " Sığortanın rəhbərliyi barəsində qanunu tədbirlər görəsiniz...".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA