16-10-2015 [10:33]
8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev Naxçıvani küçəsinin sakinləri ilə görüşüb.
Azay Quliyevin Seçki Qərargahından Mia.az-a verilən məlumata görə, ziyalıların, tanınmış elm- mədəniyyət xadimlərinin çoxluq təşkil etdiyi görüşü açan namizədin vəkili Umud Rəhimoğlu Azay Quliyevin fəaliyyəti haqqında məlumat verib.
Seçici, tanınmış şair Zakir Fəxri Azay Quliyevi yaxından tanıdığını qeyd edərək onun bu dairədən namizəd olmasından məmnunluğunu bildirib: "Bəzən seçiclər deputata onun səlahiyyətinə aid olmayan tələbləri, istəkləri çatdırırlar. Bunun bir çox səbəbləri var. Azərbaycan Prezidentinin son müşavirədə bu haqda söylədiyi fikirlər xalq tərəfindən rəğbətlə qarşılandı. Əminik ki, səs verəcəyimiz Azay Quliyev bizim parlamentdəki səsimiz olacaq. Mən buna bütün səmimiyyətimlə inanıram”.
BDU-nun professoru Alxan Bayramoğlu da Azay Quliyevin fəaliyyətini uzun illərdir izlədiyini nəzərə çatdırıb: "Mən mətbuatda, ictimaiyyət arasında Azay Quliyevə yalnız pozitiv yanaşma görmüşəm. Azay Quliyevin indiyədək olan fəaliyyəti, onun həm seçiciyə sözüdür, həm də rəqibləri üzərindəki mütləq üstünlüyüdür”.
Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov bildirib ki, Azay Quliyevin 10 illik deputat fəaliyyəti ona, ən müxtəlif xarakterli insanlarla ünsiyyət qurmaq bacarığını aşılayıb: "Bu təcrübə biz binəqədililər üçün çox önəmlidir”.
Q.Bayramov həmçinin, A.Quliyevin müəllimlərin dövlət qulluğu sisteminə keçirilməsi haqqında parlamentdə qaldırdığı məsələni xatırladaraq, növbəti deputat fəaliyyəti dövründə bu məsələni aktuallaşdırmağı təklif edib.
"Mən heç vaxt deputatlığa namizədlərin görüşündə olmamışam”-deyən psixoloq-alim Sədaqət Məmmədova bu görüşə Azay Quliyevin ictimai nüfuzuna, işgüzarlığına inanaraq gəldiyini söyləyib.
Görüşdə digər çıxış edənlər də seçki günü məntəqələrə gedərək səslərini Azay Quliyevə verəcəklərini vurğulayıblar.
Deputatlığa namizəd Azay Quliyev öz çıxışında seçki kampaniyası dövründə seçicilərə vəd vermədiyini qeyd edib. Bildirib ki, deputatın vəzifəsi seçicinin səsi olmaqdır: "Mən vəd vermirəm, amma, millət vəkili kimdir, vəzifəsi nədir, bunları çox gözəl anlayıram, 10 illik deputatlıq fəaliyyətim bunu deməyə əsas verir. Əlbəttə, deputatın əsas funksiyası qanunvericiliklə bağlıdır. Amma eyni zamanda, öz statusundan istifadə edərək təmsil etdiyi ərazinin və seçicilərin qayğılarının həlli üçün yerli icra orqanlarla əməkdaşlıq müstəvisində çalışmaqla müəyyən nəticələr əldə etmək olar. Mən 10 illik deputat fəaliyyətimdə əldə etdiyim bu uğurlu təcrübədən sizlər üçün də yararlanmağa çalışacağam”.
Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev bu gün saat 16.00-da Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri ilə 8-ci mkr. N.Nərimanov küç. 81a ünvanında görüşəcək.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi