15-10-2015 [16:27]
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin önündəki yolda sürüşmə prosesi davam edir.
Mia.az xəbər verir ki, ərazidə baş verən hadisənin əsas səbəblərini modern.az-a şərh edən Avtovağzal kompleksinin baş mühəndisi (Həm də "Bakı 21-ci əsr” MMC-nin baş mühəndisi) İlham İbişov bir çox yollarda salınan yamacların təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb. O, avtovağzal Komleksinin yanından keçən Bakı-Sumqayıt yolunun kənarındakı yamacları ərazinin aid olduğu Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən salındıını da bildirərək, deyib ki, sürüşmənin elə əsas səbəbi də budur:
"Bakı-Sumqayıt yolunun sürüşməyə məruz qalmasının əsas səbəbi yol yamacının kənarlarında salınan yaşıllaşdırma, balaca təpəciklərin hər gün suvarılmasıdır. Suyun axma yeri olmadığından yol yamacını yuyur. Bu cür yamacların yol kənarında salınması yola ziyandır. Yamaclara düşən suyun başqa yerə axıdılmasına müəyyən bir konstruktiv qərar verilməlidir. Yəni yola axıdılan su kənarlaşdırılmalıdır. Həmçinin, yola düşən yağış suları da kənarlaşdırılmayıb. Neçə həftədir ki, həmin ərazi suvarılmır. Amma, yamacların dibi hələ də sudur. Əlbəttə ki, bu, bir-iki günün işi deyil. Fasiləsiz olaraq suvarılma işlərinin görülməsi yol yatağının çökməsinə gətirib çıxarır. Birinci məsələ odur ki, həmin yamaclar mütləq sökülməlidir. Əvvəllər yola düşən suyu ərazidən uzaqlaşdırmaq üçün su kanovu olurdu. Indi isə yoxdur. Ona görə də bütün axıdılan su gəlib Bakı-Sumqayıt yolunu yuyub aparır. Hər dəfə bir-iki millimetr sürüşmə davam edir. Hələlik müvəqqəti möhkəmləndirmə işi gedir. Texniki qərardan sonra ümumi bərkitmə işi aparılacaq”.
Ilham Ibişov bildirib ki, onda olan məlumata görə, bu yamacların salınmasının yola ziyan vurması barədə Fövqəladə Hallar Nazirliyindən Binəqədi rayon Icra Hakimiyyətinə nə vaxtsa etiraz məktubu da göndərilib: "Ola bilsin ki, dəqiq deyil. Amma, eşitmişəm ki, yol kənarında salınan təpəciklər yolun yatağınının yuyulmasına gətirib çıxara bilər”.
Ilham Ibişov kimin məsuliyyət daşıdığını deyə bilməyəcəyini də deyib:
"Tam məsuliyyəti kim daşıyır, deyə bilmərəm. Hələ ki, müayinə qrupu işləyir. Ərazi Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin, Icra Hakimiyyəti nümayəndələrinin nəzarəti altındadır. Hər gün əraziyə baxış keçirilir. Hər gün ölçülər aparılır. Müəyyən mayaklar qoyulub. Birbaşa informasiya müəyyən yuxarı instansiyalara çatdırılır. Bu ərazi tam nəzarət altındadır. Torpaqdan nümunələr götürülüb. Yəqin ki, sabaha texniki qərar veriləcək”.
Baş mühəndisin sözlərinə görə, yolun sürüşməsinin təhlükəsi var: "Vaxtında qarşısı alınmasa, bu sürüşmə arzuolunmaz hadisəyə çevrilə bilər. Burada gün ərzində iş gedir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi