15-10-2015 [16:21]
Azərbaycan Respublikasının Milli Məclisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşov seçkiqabağı təbliğat-təşviqat kampaniyasına start verib.
Mia.az xəbər verirr ki, o, kampaniya çərçivəsindəki ilk görüşlərini Saatlı rayonunun Qarayev, Çolpu, Nəsimikənd, Fətəlikənd və Günəşli kəndlərində keçirib. Sözügedən kəndlərin ağsaqqallarının, tanınmış şəxslərinin qatıldıqları görüşlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev də iştirak edib.
Media təmsilçiləri çıxışlarında Ə.Amaşovu bacarıqlı təşkilatçı, səmimi və işgüzar insan kimi xarakterizə edən cəhətlərdən söz açıblar. Deputatlığa namizədin həyat yolundan bəhs edən natiqlər bildiriblər ki, Ə.Amaşov Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdikdən sonra ömrünü məhz bu peşəyə sərf edib. Uzun illər Azərbaycan Dövlət İnformasiya Agentliyindən müxtəlif vəzifələrdə, o cümlədən baş direktorun birinci müavini kimi çalışıb. Onlar deputatlığa namizədin Azərbaycanda jurnalistikanın təşkilatlanması sahəsindəki fəaliyyətinin üzərində xüsusi dayanıblar. Mövcud xüsusda Ə.Amaşovun müxtəlif ictimai-siyasi baxışları özündə birləşdirən qələm sahiblərinin ortaq məxrəcə gətirilməsi, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi, cəmiyyətdə jurnalistikanın nüfuzunun yüksəldilməsi istiqamətindəki işləri yada salınıb.
Rəşad Məcid Ə.Amaşovun əməksevərlik keyfiyyətlərini Milli Məclisin deputatı kimi daha yüksək səviyyədə davam etdirəcəyinə inandığını dilə gətirib.
C.Məmmədli bildirib ki, Saatlı rayonu 62 saylı seçki dairəsinin seçiciləri bu deputatlığa namizədə səs verməklə həyatın çətinliklərini görən və duyan, problemlərin həllinə köməyini əsirgəməyən adama etimad göstərmiş olacaqlar.
A.Quliyev Amaşovun görüş iştirakçılarına paylanmış bukletlərində ifadə olunan mərama sadiq qalacağına əminliyini ifadə edib. Bu sadiqliyin həqiqi jurnalistlərin dəstəyinə əsaslandığını önə çəkib.
Eyni fikri davam etdirən T.Aydınoğlu onu da vurğulayıb ki, Ə.Amaşov bütün varlığı ilə Azərbaycan üçün çalışan dəyərli ziyalıdır. Belə bir adamın Milli Məclisin deputatı adını qazanması təkcə jurnalistikanın uduşu deyil, eyni zamanda bu peşənin ictimai missiyasının hədəfi olan xalq rifahının, demokratik cəmiyyət quruculuğu xəttinin növbəti təntənəsi olardı. Çıxış edənlər bütün bunları əsas gətirərək seçiciləri 1 noyabr parlament seçkisində Əflatun Əhməd oğlu Amaşova səs verməyə çağırıblar.
Azərbaycan Respublikasının Milli Məclisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Ə.Amaşov çıxışında bildirib ki, müstəqil Azərbaycanın dəyərlər sisteminin davamlılığı və yeni inkişaf çalarları əldə etməsi xalqın bu il noyabr ayının 1-də keçiriləcək seçkidə etimad göstərəcəyi Vətən övladlarının üzərinə düşəcək.
«Mən bu gün sizlərin etimadını qazanmaq istəyi ilə buradayam. Gürcüstanda, Borçalı elində dünyaya göz açmışam. Bakıya ali təhsil almağa gəldiyim dövrdə ilk səfər etdiyim rayon məhz Saatlı olub. Jurnalist kimi Azərbaycan Dövlət İnformasiya Agentliyində fəaliyyətə başladığım dönəmlərdə ilk reportajımı da məhz bu rayondan hazırlamışam. O zaman bu reportajı çox böyük uğur hesab edirdim. Jurnalist fəaliyyətimin ilk uğuru. Zaman keçdi və düşünürəm ki, sevimli peşəm uğurlarıma yenilərini əlavə etdi. Burada dostlarım bir çox məqamlardan söz açdılar. Xoş sözlərə, verdikləri dəyərə görə hər birinə minnətdaram. Uğurlarımda pay sahibidirlər. Ancaq hesab edirəm ki, Milli Məclisin deputatı olmaq xalqına xidmət etmək istəyən hər bir şəxsin ən ali uğurudur. Mən mənə cəmiyyətdə nüfuz qazandıran, ilk peşə uğurumun açarı olan Saatlı yurdunun ən ali uğurum üçün də körpü rolunu oynayacağına inanıram. Bu yurdun səmimi, işgüzar insanlarının etimadını qazanmaq, onların görən gözü, eşidən qulağı, döyünən ürəyi olmaq üçün burdayam», - deyə o vurğulayıb.
Ə.Amaşov özünün seçki platformasında yer alan bir sıra məqamlar üzərində də dayanıb. O bildirib ki, qanunların qəbulu vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönələn missiyadır. Prinsipial məqam isə vətəndaşların dövlətə etimadının qorunmasıdır. Müstəqil Azərbaycan Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ənənələrinin davamçısıdır. Bu baxımdan ölkəmiz həmçinin parlamentarizm ənənəsinin də daşıyıcısı kimi çıxış edir.
"Bu ənənələrə sadiqlik ruhunu özündə yaşadan namizəd kimi bildirirəm ki, seçicilərin etimadını qazanacağım təqdirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi xalqa xidmət meyarlarında ölkə parlamentinin daha işlək struktur olaraq fəaliyyətinə kömək göstərəcək təkliflərlə cıxış edəcəm. Bu təkliflərdə sizlərin mənafeyi əksini tapacaq. Üzləşdiyiniz problemlərin kompleks həlli başlıca qayğılarımdan olacaq.
Muğan düzündə yerləşən Saatlı rayonu respublikamızın digər bölgələri kimi iqtisadi inkişaf yolundadır. Bu inkişaf Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən böyük uğurudur. Əgər seçilərəmsə, deputat kimi fəaliyyətim mövcud dəst-xəttə sadiqlik ruhuna köklənməklə sizlərin rifah halının daha da yaxşılaşdırılmasına yönələn təşəbbüslərin qaldırılmasına əsaslanacaq. Kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması tədbirlərinin davamı üçün müvafiq qanunvericilik təşəbbüləri ilə çıxış edəcəm, aqrar sektora xüsusi qayğının göstərilməsinə yönələn qanunvericilik təşəbbüsləri qaldıracam. Şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, əlillərin, qayğıya ehtiyac duyan digər kateqoriyadan olan insanların üzləşdiyi çətinliklərin aradan qaldırılmasını diqqət mərkəzində saxlamağa yönələn təkliflər hazırlamaq fəaliyyətimin əsasını təşkil edəcək. Təhsil, səhiyyə və mədəniyyət sahəsindəki işlərin perspektiv faydasını təmin etmək də son dərəcə vacibdir. Deputat seçilərəmsə, həmçinin Azərbaycan reallıqlarınının, xüsusən Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlərin həyata keçirməsini planlaşdırıram”, - deyən Ə.Amaşov fikrinə aydınlıq gətirib.
Ə.Amaşov seçicilərə həmçinin seçki platformasında jurnalistika ilə bağlı məqamların da yer aldığını diqqətə çatdırıb: "Media cəmiyyətin güzgüsüdür. Hesab edirəm ki, sizlərin mənafeyi mediada nə qədər peşəkarlıqla işıqlandırılsa, bir o qədər ümumi işimiz üçün faydalı olar. Bunun üçünsə ilk növbədə media orqanlarının daha mütəhərrik qaydada fəaliyyət göstərməsi zəruridir. Güclü media idarəçilikdə və digər sahələrdə yaranan problemlərin aradan qaldırılmasının ən effektiv üsuludur. Güclü media həmçinin ölkəmizdə gün-gündən dərinləşməkdə olan demokratik, hüquqi dövlət quruculuğu prosesinin mühüm katalizatoru, ictimai faktorudur. Mövcud faktoru daha da gücləndirmək əzmindəyəm”.
Görüşlər qarşılıqlı müzakirələr şəraitində keçib. Seçicilərin müxtəlif məsələlər barədə sualları ətraflı cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşovun seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsindəki görüşləri davam edir.
Seçicilərlə növbəti belə təmasların 16 oktyabr 2015-ci il tarixdə Saatlının Sımada, Mircəlal, Şirinbəyli, Soltanabad və Qara Nuru kəndlərində reallaşdırılması nəzərdə tutulur.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi