Ramil Usubov bütün polis rəislərini nazirliyə çağırtdırdı

img

15-10-2015 [15:03]


Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçiriləcək.

APA-nın məlumatına görə, sabah respublikanın bütün şəhər və rayonları üzrə idarə, şöbə və bölmə rəisləri nazirliyə toplaşacaq.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçiriləcək kollegiya iclası cari ilin 9 ayənda cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.

Kollegiyada respublikada törədilən cinayət hadisələri, həmin cinayətlərin açılması və kriminogen durum müzakirə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA