15-10-2015 [11:16]
Deputat Adil Əliyevin sözlərinə hazırda mühacirət həyatı yaşayan Hüseyn Abdullayevdən cavab gəlib.
Xatırladaq ki, Adil Əliyev müsahibəsində Hüseyn Abdullayevlə bağlı "100 faiz eyni cəbhədə olduqları Hüseyn Abdullayevin başına gətirilənlərə etiraz etməmək, ən azı etibarsızlıq deyilmi?” sualına belə cavab verib:
"Mənim münasibətim nə yaxşı, nə də ki, pis olub. Yəni belə bir dostluğum, qardaşlığım olmayıb, belə bir düşmənçiliyim də olmayıb. Hüseyn Abdullayevi tanımışam, təbii ki… Ancaq Hüseyn Abdullayevlə bağlı həmin ərəfədə çıxarılan qərarda mənim dəsti-xəttim, öz fikrim olub. Mən demişəm ki, əgər Hüseyn Abdullayevə qarşı müəyyən tədbirlər görülürsə, o zaman alternativ olaraq o münaqişə yaradan başqa millət vəkilinə də olmalıdır. Bu fikri mən demişəm…”
"Fəzail Ağamalı ilə olan hadisədə?” sualına verilən cavabda Adil Əliyev bunları deyib:
"Bəli… Bəli… Həmin ərəfədə. Təbii ki, Hüseyn Abdullayev Azərbaycana qarşıdır. Bu gün sən kimdənsə inciyə bilərsən, bu, o demək deyil ki, sən Azərbaycana, dövlətə, dövlətçiliyə qarşı olmalısan. Əgər mən bu gün bu dövləti təmsil edirəmsə, bu dövlətin şəxsiyyət vəsiqəsini cibimdə gəzdirirəmsə, mən özümə azərbaycanlı deyib, pasportunu cibimdə gəzdirirəmsə, bu dövlətin himnini öz himnim sayıramsa, dövlət dilini öz dilim sayıramsa, mən bu dövlətə qarşı heç vaxt çıxmaram. Bu gün mən o adamları qınayıram ki, o adamlar bu gün deyirlər ki, mən əliyevçiyəm, mən bu dövlətin adamıyam, sabah da gedib başqa partiyalara qoşulur. Əgər bu dövlət məni istəməsə, sıralarından məni çıxarsa, xaric eləsə, mən o zaman çalışaram ki, mənə qoşulsunlar… Mən heç kimə qoşulmaram.”
Müsahibə yayınlanandan sonra hazırda Almaniyada yaşayan Hüseyn Abdullayevdən reaksiya gəlib. Hüseyn Abdullayev xural.com-a göndərdiyi qısa cavabda bunları deyib: "Mən baxdım o nala-mıxa vuran Adil Əliyevin mənimlə baglı cavabına. O, gah deyir ki, parlamentdə mənə qarşı ədalətsiz qərar çıxarılıb, gah da dönüb deyir ki, mən Azərbaycana qarşıyam. Birincisi, mən özüm bilərəm nəyi düz, nəyi əyri etmişəm. İkincisi də, kimin Azərbaycana və Azərbaycan xalqına nə qədər yaxın olduğunu xalqımız daha yaxşı bilir.”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi