“Azəriqaz”da "yarpaq tökümü" - Əkbər Hacıyevin müavini çıxarıldı

img

14-10-2015 [21:05]


"Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış və istismar üzrə müavini Qamət Məmmədov işdən azad olunub.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Qamət Məmmədovun işdən çıxarılmasına səbəb kimi onun işdə yol verdiyi ciddi nöqsanlar göstərilir.

Məlumatda deyilir ki, müvafiq qərar "Azəriqaz” İB-nin oktyabrın 10-da keçirilən iclasında verilib.

Qamət Məmmədov əvvəllər Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi işləyib. "Azəriqaz” sədrinin müavini vəzifəsinə 4 il əvvəl təyin olunmuşdu.

Xatırladaq ki, prezident İlham Əliyev qaz təsərrüfatı sahəsindəki nöqsanları son çıxışlarında dəfələrlə tənqid edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA