Parlamentdə “ASAN Xidmət”lə bağlı çağırış

img

14-10-2015 [12:56]


Bu gün Milli Məclisin plenar iclasında 2016-cı il üçün büdcə zərfinin müzakirəsi davam etdirilir.
"APA-Economics”in məlumatına görə, büdcə zərfinə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” və "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunu, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetaları daxildir.
Bundan başqa, iclasda "Dövlət rüsumu haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA