Azərbaycan-rus Mədəniyyət və Həmrəylik mərkəzində müəllimlər günü

img

13-10-2015 [20:33]



Azərbaycan-rus Mədəniyyət və Həmrəylik mərkəzi 11 oktyabr 2015-ci il tarixində Müəllimlər günü münasibətilə Rusiyanın ali və orta təhsil müəssisələrində fəaliyyət göstərən təhsil işçiləri üçün gözəl bir bayram tədbiri təşkil etdi.

Mərkəzin icraçı direktoru Mehman Şükürov açılış nitqinə Azərbaycan Respublikasının ümumilli lideri Heyder Əliyevin "Mən dünyada müəllimlikdən uca bir vəzifə bilmirəm" sözlərilə başladı və tədbirdə iştirak edən qonaqları salamlayaraq onları bu gözəl bayram münasibətilə təbrik etdi.
Tədbirin rəsmi hissəsi Mərkəzin nəzdində fəaliyyət göstərən Qadınlar Birliyinin sədri Venera Şükürovanın çıxışı və Rusiyada Azərbaycan mədəniyyətini təbliğ edən, Rusiya-azərbaycan mədəni əlaqələrinin inkişafında böyük rolu olan təcrübəli pedoqoq və gənc müəllimlərə Mərkəz tərəfindən təşəkkürnamələrin verilməsi ilə davam etdi.
Təşəkkürnamə alan 319 saylı Moskva şəhər orta təhsil müəssisəsinin qocaman müəlliməsi Likova Nataliya İvanovna, Qlobus ingilis dili mərkəzinin müəlliməsi Göyüşova Leyla Məzahir qızı, Daşkovoy adına Moskva Dövlət İnstitutunun müəlliməsi Cəbrayılova Şəfa öz çıxışlarında gənc mütəxəssislərə ayrılan diqqətə görə Mərkəzə təşəkkürlərini bildirdilər.
Tədbirin bədii hissəsini Mərkəzin nəzdində fəaliyyət göstərən "Mayak" uşaq həftəsonu məktəbinin rəhbəri Sevinc Eyvazova öz ürək sözlərilə açdı.Sonra isə həftə sonu məktəbinin yetirmələri öz rəngarəng çıxışları ilə qonaqları sevindirdilər.
319 saylı məktəbin şagirdi Lıkov Pankrat və ailə üzvləri müəllimləri gözəl musiqi nömrələri ilə təbrik etdilər.
Sonda xatirə şəkli çəkildi!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA