Ramil Usubov deputatın oğluna yeni vəzifə verdi - Təyinat

img

13-10-2015 [17:07]


Bakıda daha bir polis bölməsinin rəisi dəyişdirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin rəisi Xəlil Səfərov tutduğu vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, X. Səfərov Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərovun oğludur.
Xatırladaq ki, bundan əvvəl R. Usubov Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlovu tutduğu vəzifədən azad edərək Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi Zaur Məmmədovu isə tutduğu vəzifədən azad edərək 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA