“Bəzi layihələr təxirə salınıb” - Oqtay Əsədov

img

13-10-2015 [13:07]


"Növbəti ildə də iqtisadi artım proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayıb."

Bunu "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı spiker Oqtay Əsədov deyib. Spiker bildirib ki, 2016-cı ilin dövlət budücəsinin gəlir və xərclərində azalma olsa da, sosial yönümlülüyü saxlanılır:

"Büdcə azalmsının əksər hissəsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertin azalması hesabınadır. Gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 6,0 mlrd. manat həcmində transfert nəzərdə tutulur ki, bu da 2015-ci ilin müvafiq proqnozu ilə müqayisədə 4,388 mlrd. manat və yaxud 42,2% azdır”.

Spiker əlavə edib ki, bəzi əvvəl başlanılan investisiya layihələri müəyyən müddətə təxirə salınıb, amma bu, önəmli investisiya layihələrinin icrasına təsir göstərməyəcək.

Daha sonra çıxış edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dövlət büdcəsi layihəsi ilə barədə geniş məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA