Ziya Məmmədovun icra başçısı olan qohumu da vəzifədən gedir - İddia

img

12-10-2015 [23:12]


Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun yaxınlarının başı üzərində "qara buludlar" dolaşır.

Mia.az avropa.info-ya istinadən xəbər verir ki, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov artıq üç gündür işə çıxmır.

Məlumatı verən mənbə qeyd edib ki, Mənsur Məmmədov icra başçısı vəzifəsindən azad olunacağı barədə sərəncamı gözləyir.

Qeyd edək ki, M.Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur. İndiki vəzifəsinə qədər Mənsur Məmmədov Göyçay rayon İcra Hakimiyyətinin başçısı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA