Ziya Məmmədov müşavirəyə çağırılmadı - Video

img

12-10-2015 [19:49]


Bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

"Qafqazinfo” xəbər verir ki, bu tipli müşavirələrdə adətən hökumətin bütün üzvləri iştirak edir. Lakin bu gün keçirilən toplantıda Nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Bu nazirin faktiki olaraq səlahiyyətlərinin əlindən alınmasının növbəti göstəricisi kimi izah olunur.

Qeyd edək ki, bundan bir neçə gün öncə Ucar rayonunda yeni yolun açılışında da Z. Məmmədov iştirak etməmişdi.

Ziya Məmmədov müşavirəyə çağırılmadı  -  Video
Ziya Məmmədov müşavirəyə çağırılmadı  -  Video
Ziya Məmmədov müşavirəyə çağırılmadı  -  Video


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA