Anar Məmmədov işə çıxmır - "Garant Holding”dən AÇIQLAMA

img

12-10-2015 [16:37]


Nəzliyyat naziri Ziya Məmmədovun özü, ailə üzvləri və ən yaxın çevrəsi ilə bağlı ilginc informasiyaların, həbs xəbərlərinin ardı-arası kəsilmir. Nazirin deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus iaşə obyektində 8 nəfərin həbsi rəsmən təsdiqləndi.

İndi də nazirin özünün işdən çıxarıldığı, oğlu Anar Məmmədovun da aqibətinin yaxşı olmadığı barədə informasiyalar dolaşır. Modern.az saytına daxil olan məlumatda nazir oğlunun da istintaq orqanlarına cəlb olunduğu bildirilir.

Əməkdaşımız bu gün dəfələrlə Anar Məmmədovun təsisçisi olduğu "Garant Holding”lə əlaqə saxlasa da, şirkətlər qrupunun zənglərimizə cavab verən xanım işçisi onun işə gəlmədiyini bildirib. "Garant Holding” şirkətlər qrupunun hüquqşünası Ruslan Məmmədov da işdə olmasına baxmayaraq, zənglərə cavab verməyib. Tərəfimizdən dəfələrlə edilən zənglərə şirkət rəsmilərindən biri "Ruslan müəllim nahar fasiləsindən qayıtmayıb” cavabını verib. Halbuki, Ruslan Məmmədov bundan öncə mətbuata açıq şəxslərdən biri olub.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilib ki, oktyabrın 11-də Aynar Məmmədova məxsus "Nar” kafesində polis əməkdaşları tərəfindən qanunsuz mərc oyunlarına qarşı mübarizə tədbiri keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA