12-10-2015 [15:24]
Avropa gənc alimlərinin soyqırım faktlarına baxışları” mövzusunda keçirilən Beynəlxalq Forum iştirakçılarının beynəlxalq qurumlara və dünya elmi ictimaiyyətinə
MÜRACİƏTİ
05-08 oktyabr 2015-ci il tarixində Bakı şəhərində keçirilən "Avropa gənc alimlərinin soyqırım faktlarına baxışları” mövzusunda Beynəlxalq Forum iştirakçıları olaraq bəşəriyyət üçün böyük təhlükə olan və insanlığa yaraşmayan soyqırım və xalqlara qarşı törədilən cinayətləri birmənalı olaraq pisləyir, gələcəkdə bu kimi cinayətlərin təkrarlanmaması üçün beynəlxalq qurumların bu kimi məsələlərdə obyektiv, qərəzsiz və ədalətli mövqe tutmalarını, soyqırım cinayətlərinin günahkarlarının ən ağır cəza ilə mühakimə olunmalarını beynəlxalq ədalət məhkəməsindən tələb edirik. Eyni zamanda genosid faktlarının düzgün qiymətləndirilməsi və tarixi qiymət almasını təmin etmək, siyasi institutların məqsədli və qərəzli, həmçinin ikili standartlardan çıxış etmək imkanlarını aradan qaldırmaq məqsədilə dünya elmi ictimaiyyətini bəşəriyyətdə baş vermiş və bu gün də davam edən soyqırım faktlarının elmi baxımdan düzgün təhlil və tədqiq etməkdə səfərbər olmağa dəvət edirik. Bəyan edirik ki, xalqlara qarşı cinayətlər törədən qüvvələr cəzasız qaldıqları təqdirdə bəşəriyyət daha geniş miqyasda yeni-yeni faciələrin şahidi olacaqdır.
Təəssüflənirik ki, 200 il ərzində soyqırımdan əziyyət çəkmiş Azərbaycan xalqının bu problemi beynəlxalq miqyasda indiyədək düzgün, obyektiv və ədalətli qiymətini almamış və azərbaycanlıların haqları kobud şəkildə pozulmaqda davam etmişdir. Biz, forum iştirakçıları olaraq Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərkən genosidə məruz qalmış kütləvi insan qırğını faktlarını sübut edən, bəşəriyyət və insanlıq üçün utanc gətirən soyqırım qurbanlarının sümüklərinin qalıqlarinın qarşısında özümüzü mühakimə edilmiş halda hiss edərək böyük xəcalət hissləri keçirtdik.
Azərbaycan xalqına qarşı müasir tarixi dövrdə, 23 il bundan əvvəl törədilmiş növbəti cinayət hadisəsinin baş verməsi daha dəhşətlidir. Xocalı soyqırımının bütün foto və video çəkilişləri sübut kimi olduqca təsirlidir. 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinin yer üzündən silinməsinə Avropa Parlamenti və digər beynəlxalq qurumların nəyə görə susmaqla cavab verməsi sualını hər bir azərbaycanlı insanının gözlərindən oxumaq elə də çətin deyildir. Xocalıda 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfərin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirməsi, 1275 nəfər xocalılının əsir, 150 nəfərin itkin düşməsi və ən nəhayətdə, milli, dini və separatçı zəmində yaradımış münaqişənin məhsulu əlbəttə ki böyük bir soyqırımdır. Bu hadisənin canlı şahidləri hazırda həyatdadırlar və bu insanlar döğmalarının qatillərinin bu gün Ermənistan siyasi rəhbərliyində olmasından, beynəlxalq tribunalardan çıxışlar etməsindən, demokratik dövlətlərin başçıları tərəfindən heç nə olmamış kimi qəbul edilməsindən çox hiddətli və qəzəblidirlər. Həmçinin, bu hadisənin Avropa və digər dünya dövlətləri tərəfindən hüquqi qiymətini almamasından olduqca bədbindirlər. Bu insanların dünyada artıq ədalətin mövcudluğuna inamları itməkdədir.
Biz forum iştirakçıları olaraq Xocalı faciəsinin layiqli qiymətini almasına çağırış edərək dünyanın bütün sülhpərvər insanlarını bu məsələdə birliyə səsləyirik. Biz yüzlərlə günahsız, dinc, mülki insanın vəhşicəsinə həyatlarını itirməsindən kədərimizi ifadə edərək dünya emi ictimaiyyətini üzərlərinə düşən insanlıq missiyasını dərindən hiss etməyə və bu yükü daşımağa səsləyirik. Biz forum iştirakçıları olaraq beynəlxalq qurumları ədalətli olmağa, qərarların qəbulunda ikili standartlardan, dini-milli meyillərdən uzaq olmağa çağırırıq.
"Avropa gənc alimlərinin genosid faktlarına baxışları” Beynəlxalq Forumunun iştirakçıları
Bakı şəhəri, 08 oktyabr 2015-ci il.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi