Ramil Usubovdan yeni təyinatlar - İki rəis dəyişdi

img

12-10-2015 [10:57]


Daxili işlər orqanlarında daha bir neçə təyinat olub.

Mia.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlov tutduğu vəzifədən azad edilərək Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi Zaur Məmmədov tutduğu vəzifədən azad edilərək 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA