Ramil Usubovdan daha iki polis rəisi ilə bağlı əmr - TƏYİNAT

img

10-10-2015 [17:50]


Daxili İşlər naziri general-polkovnik Ramil Usubov bu gün daha iki rayonun polis rəislərinin yerinin dəyişdirilməsiylə bağlı əmr imzalayıb.

Mia.az Axar.az istinadən xəbər verir ki, nazirin əmri ilə Pirallahı rayon polis şöbəsinin rəisi İsfəndiyar Mehbalıyev Yasamal rayonunun, Qaxın polis rəisi Cümşid İsmayılov Pirallahı rayonunun polis rəisi təyin edilib.  

Xatırladaq ki, bundan əvvəl nazirin əmri ilə  Sumqayıt şəhər Polis İdarəsinin rəisi general-mayor Sahib Mirzəyev Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin olunub. Sumqayıt şəhər polis idarəsinin rəisi vəzifəsinə isə Yasamal RPİ-nin rəisi Əkbər İsmayılov təyin edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA