Yağış yağacaq, şimşək çaxacaq... - Hava proqnozu

img

10-10-2015 [15:03]


Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı gözlənilir, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Gündüz şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-14, gündüz 15-17 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gecə və səhər güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA