18 ölkəni təmsil edən 150-dən çox alim Bakıya toplanacaq - AMEA-da tədbir

img

09-10-2015 [17:33]


Oktyabrın 12-də "Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” adlı VI Beynəlxalq elmi konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının akt zalında öz işinə başlayacaq.

AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, Geologiya və Geofizika İnstitutu tərəfindən gənc tədqiqatçılar üçün təşkil edilən və AMEA-nın 70 illiyinə həsr olunacaq 4 günlük tədbirə 18 ölkəni təmsil edən 150-dən çox alim, doktorant, magistr və tələbə qatılacaq: "Konfransın açılış mərasimində AMEA-nın rəhbər vəzifəli şəxsləri də iştirak edəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA