Müdafiə Nazirliyi icra başçısını uddu - Məhkəmə

img

09-10-2015 [14:38]


Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı apellyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmədə qərar elan edilib. Qərara əsasən, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilib və nazirliyin iddiası təmin edilib.
Qeyd edək ki, nazirlik icra hakimiyyəti tərəfindən verilən sərəncamın, orderin, qeydiyyat vəsiqəsinin etibarsız sayılması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan nazirlik apellyasiya şikayəti verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA