Yağış yağacaq... - Sabahın hava proqnozu

img

09-10-2015 [14:27]


Sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacaq. Günün ikinci yarısında dəyişkən buludlu olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, şimal-qərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu Abşeronda gecə 12-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 10-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz ayı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA