Azərbaycanda polis əməkdaşlarını şantaj edən şəxs tutulub

img

09-10-2015 [13:12]



Azərbaycanda polis əməkdaşlardan şantaj yolu ilə pul alan şəxs tutulub.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 8-də Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları Ramal Ağammədov və Rauf Əzimov raportla müraciət edərək Cəlilabad rayon sakini Xəyal Əmirovun oktyabrın 6-da onlara zəng edib guya rüşvət almalarını videoya çəkməsini deyərək onlardan pul tələb etməsini bildirib.

Görülmüş tədbirlərlə X.Əmirov polis əməkdaşlarından 3000 manat alarkən tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA