09-10-2015 [11:23]
"2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ucarda ictimaiyyət nümayəndələri ilə görüşündə bildirib. Dövlət başçısının sözlərinə görə, ölkəyə xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması, Prezidentin də etiraf etdiyi kimi, 2016-cı ildə ölkə iqtisadiyyatını böyük sınağa çəkəcək. Gələn ilin dövlət büdcəsinin gəlirlər və xərclərinin 4 milyarda yaxın azaldılması da bunu deməyə əsas verir. Belə olan halda gələn il bizi hansı sınaqlar gözləyə bilər?
Mia.az xəbər verir ki, iqtisadçı-ekspert Akif Nəsirli "Bizim Yol"a bildirib ki, Azərbaycan iqtisadiyyatı neft üzərində oturuşub:
"Dövlət büdcəsinin 70 faizdən çoxu neftdən gələn gəlirlər hesabına formalaşır. İndiyədək "qara qızıl" 110 dollara satılarkən, Azərbaycan hökumətinin hər bareldən 70-80 dollar arasında qazancı olurdu. İndi həmin mənfəət yarıbayarı aşağı düşüb. Gələn il də eyni vəziyyət davam edəcək. İranın 2016-cı ildə bazara əlavə neft buraxacağı ilə bağlı məsələ "qara qızıl"ın qiymətinə təzyiqləri artıracaq. Bu, beynəlxalq təşkilatların gəldiyi qənaətdir. Ona görə də, gələn il Azərbaycanın təkcə iqtisadiyyatında deyil, eyni zamanda, siyasi aləmində də gərginliyin olacağı yalnız Prezidentə deyil, hər kəsə bəllidir. Sadəcə olaraq, hökumət indiyədək heç vaxt qarşıda gələn ilin ağır olacağını etiraf etməmişdi".
A.Nəsirli əlavə etdi ki, manatın saxlanması siyasəti ilin sonuna kimi Mərkəzi Bankın valyuta ehtiyatının tükənməsinə gətirib çıxara bilər: "Gələn ilə Azərbaycan minimum valyuta ehtiyatı ilə gedə bilər. 2016-cı ildə manatın kəskin devalvasiyası gözlənilir. Digər tərəfdən, büdcənin gəlirlərinin və xərclərinin 25-40 faiz arasında azaldılması ölkə iqtisadiyyatına şok yaradacaq bir addım olacaq. Bu azalma nəticəsində iş yerlərinin itirilməsi, əhalinin gəlirlərinin azalması prosesi gedəcək. Hökumət bəyan edir ki, sosial xərclər sabit qalacaq, investisiya xərcləri ixtisar olunacaq. Əslində, təhlil etdikdə sabit saxlanılan sosial xərclərin yerinə yetirilməsində də çətinliklər yaranacağını deyə bilərik. Burada söhbət əmək haqlarından, pensiya və müavinətlərdən gedir. Yəni hərtərəfli iqtisadi sıxıntı, dərin böhran yaşanacaq. Düşünürəm ki, gələn il həm də siyasi sıxıntıların olacağı bir dönəm olacaq. İş tapa bilməyən, müavinətini, əmək haqqısını vaxtında almayan vətəndaşların hökumətə qarşı narazılıqları artacaq".
İqtisadçı qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin ucuzlaşmasına hazır deyil: "Əgər vaxtında gələcəyi düşünən hökumət olsaydı, o gəlirləri real sektora yönəldərdi. Amma hökumət yerin altındakı passiv sərvətləri aktivləşdirərək, realizasiya edərək yenidən passiv sərvətə çevirdi. Yəni həmin pulları betona, daşa, divara sərf etdi, iqtisadi mənfəət gətirilməyən sahələrə daha sonra vəsait yatırıldı. Bununla ölkəyə gələn vəsait korrupsiya yeminə çevrildi. Məsələn, hökumət kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə regionlarda saxlanma anbarları tikdirdi. İndi onların 90 faizi fəaliyyət göstərmir. Hökumət burada səhv siyasət yürütdü. Məsələn, kənd təsərrüfatına 1 milyard manat vəsait ayıra bilərdi. Daha sonra müsabiqə elan edərək, layihələr qəbul edə və bunu kreditlər şəklində ayıra bilərdi. Bu zaman sahibkarlar axtarış apararaq, hansı istiqamətdə yatırımlar etməyin sərfəli olduğunu özləri tapacaqdılar. Amma Azərbaycan hökumətinin özü tikinti işləri aparmağa başladı.
Bir termin var-marketinq tədqiqatı. Həmin marketin tədqiqatı üçün Azərbaycanda şərait yaradılmadı. Hökumət bütün investisiyaları inzibati komanda formasında həyata keçirdi. Əslində, sovet iqtisadiyyatının bütün prinsiplərini bazar iqtisadiyyatı şəraitində davam etdirdi. Ölkə daxilində bazar iqtisadiyyatı prinsiplərini qura bilmədilər, real sektoru inkişaf etdirmədilər. Ona görə də ölkə iqtisadiyyatı neftin ucuzlaşmasına hazır deyil. Beynəlxalq təşkilatların da tövsiyələrində büdcənin neftdən asılılığının azaldılması bildirilir. Bunun üçün real sektordan gələn gəlirlər artmalıdır ki, neftin yükü azaldılsın. Yəni büdcənin yükü real sektordan formalaşan gəlirlər üzərində qurulmalıdır"-deyə Akif Nəsirli vurğuladı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi