09-10-2015 [11:22]
Dövlət Gömrük Komitəsində çox ciddi təftişlər aparılıb. Bunun nəticəsi olaraq, bu gün bir sıra iri ranqlı gömrük məmurları, hətta generalları belə, ciddi nəzarət altında fəaliyət göstərirlər.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, gömrük generallarının arasındakı kəskin ziddiyyət bu təftişin daha rahat aparılmasına imkan verib: "Qruplar bir-birini çox rahat şəkildə hədəfə gətirməklə, hər ay aparılan milyonluq korrupsiya faktlarının demək olar ki, hər biri aşkara çıxarılıb. Elə bunun nəticədir ki, idarə rəislərindən biri, gömrük generallarından biri bu yaxınlarda 1 gün saxlanılıb. Gömrüyün 1-ci müavini Səfər Mehdiyevlə və digər yüksək vəzifəli məsul şəxslərlə konfliktə olan həmin idarə rəisi "hamisi" - nüfuzlu nazirlərdən birinin sayəsində azad olunmasına nail olub. Hələlik onun kimliyini açıqlamaq istəmirəm. Ancaq əmin olun ki, belə hadisə baş verib...".
Məlumatlı şəxs bu ilin əvvəlində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin üç idarə rəisinin işdən çıxarılması barədə əmrinə də toxunaraq qeyd edib ki, vəzifəsini itirən Astara Gömrük İdarəsinin rəisi Ədalət Hüseynəliyev, Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev və Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundovun işdən azad olunmaları da ciddi məsələlərdən qaynaqlanıb. Hətta sizə dəqiqliklə deyə bilərəm ki, işdən çıxarılan bu rəislərdən ən azı ikisinin başı bərk "ağrıdıldı". Hətta biri həbs edilərək, bir müddət saxlanıldı da. Qohumları isə bəlkə də 1 ay idarə rəisinin hansı qurum tərəfindən saxlanılmasını öyrənməyə çalışdılar. O zaman gömrük generallarından bir neçəsi də bərk qorxuya düşmüşdü. Ancaq qorxunun əcələ faydası yoxdur. Artıq proses onlara çatıb...".
Mənbə iddia edir ki, gömrük generalları və onların qruplarına daxill olan vəzifəli şəxslərin dövlətin "qanını sovruması"nın artıq hesab vermə zamanı gəlib: "Onların hər biri ən ağır şəkildə qazandıqlarının hesabını verəcəklər. O yerə qədər ki, hətta onların mühasiblərinə qədər bu "sıxıntı"dan kənarda saxlanılmayacaqlar. Onların hər biri oğurladıqlarının məsuliyyətindən yaxa qurtara bilməyəcəklər...".
Mia.az-a 1 gün saxlanılan generalın kimliyi, onun nazirlərdən birinin şirkətlərinin hesabatında nələrə yol verməsi, bir neçə il əvvəl həmin şirkətlərdə aparılan yoxlama zamanı üzə çıxan faktlar, FHN-nin iki idarə rəisi ilə birgə oyunları və sair məsələlər haqda da çox ciddi məlumatlar da verilib. Bununla bağlı geniş araşdırmamızı bir neçə günə təqdim edəcəyik.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi