Ramil Usubov deputatın oğluna vəzifə verdi - Təyinat

img

09-10-2015 [10:46]


Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

Mia.az "Report”a istinadən xəbər verir ki, Fərid Mirələmov DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqatçı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Mirələmov deputat Hüseynbala Mirələmovun oğludur.

Xatırladaq ki, 2012-ci ildə H.Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov "Min bir gecə” istirahət mərkəzində adam güllələyib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov da hadisə yerində olub. Hadisədən sonra R.Mirələmov tutulub, F.Mirələmov isə işdən azad edilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA