08-10-2015 [17:21]
Zərdab təhsil şöbəsinin müdiri Baba Babayev işdən çıxması barədə ərizə yazıb. Daha doğrusu, rayonun icra başçısı onu işdən çıxmağa məcbur edib.
Mənbənin bildirdiyinə görə, dünən ərizəsi alınan şöbə müdirinin vəzifəsinin icrası inspektor Rafiqə həvalə olunub. İddiaya görə, icra başçısı Lütfəli Babayev rayon Təhsil Şöbəsinin müdiri postunu çoxdan başqasına vermək fikrində olub. Son dövrlər isə Baba Babayevlə aralarında münasibətlərin kəskinləşməsi də bununla əlaqəli imiş.
Məlumatda o da qeyd olunur ki, Lütfəli Babayev Baba Babayevin yerinə öz müavini Lalə Əmirəliyevanı gətirmək fikrindədir. Amma Lalə Əmirəliyevanın nüfuzu rayonda xeyli aşağı olduğundan, alternativlər də hazırlanıb. Həmin alternativlərdən biri də Vüsalə xanımdır ki, icra başmısı əvvəlcə onun 1 saylı orta məktəbə direktor, oradan da təhsil şöbəsinin müdiri təyin edə bilər.
Bildirək ki, hələ bir neçə gün əvvəl Lalə Əmirəliyeva ilə Baba Babayev arasında qalmaqal yaşanmışdı. Belə ki, Zərdabın icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əmirəliyeva sentyabrın 23-də bütün məktəb direktorlarını toplayaraq, seçki ilə bağlı tapşırıqlar verməliymiş. Həmin gün Zərdab təhsil şöbəsinin müdiri Baba Babayev özünü yaxşı hiss etmədiyindən iclasa qatıla bilməyib.
Məlumatda vurğulanır ki, yeni müavin təyin edilən Lalə Əmirəliyeva onun səhhətinin dürümünü nəzərə almayaraq, Baba müəllimdən iclasa qatılmasını tələb edib. Hətta müavin bir qədər də irəli gedərək "Sənə kim olduğumu göstərəcəm” deyə şöbə müdirinin hədələyib. Üstəlik, polis və prokurora tapşırıq verib ki, Baba Babayevi sürünməli də olsa onun yanına gətirsinlər. Elə mərəkə də bundan sonra qopub.
Məlumatda deyilir ki, qısa müdəətdə Zərdab Təhsil Şöbəsinin qarşısı polis işçiləri ilə dolub. Baba Babayevi aparmaq üçün gələn polislər isə tez bir zamanda əraziyə Təcili Tibbi Yardım çağırmalı olublar.
Məlumatda deyilir ki, buna səbəb şöbə müdirinin vəziyyətinin daha da pisləşməsi olub. Şəkəri qalxan Babayevi həkimlərin səyi nəticəsində özünə gətirə biliblər. Və ardından evə götürülüb.
Qeyd edilir ki, Baba Babayev polis orqanlarının yanında rəsmi olaraq bəyan edib ki, əgər başına bir iş gələrsə, məsuliyyətini Lalə Əmirəliyeva daşıyacaq(Jam.az).
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi