Artur Rəsizadə qərar verdi; Qeydiyyatla bağlı dəyişiklik oldu

img

08-10-2015 [09:48]


Baş nazir Artur Rasizadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün Ərizə-Anket”də dəyişiklik ediib.

Sözügedən anketin 11.4-cü bəndində "müdafiə” sözü "hərbi” sözü ilə əvəz edilib.

Qeyd edək ki, "Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallardan hansı mövcuddur” maddəsinin 4-cü bəndinə əsasən əcnəbi şəxs "iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda” Azərbaycanda müvəqqəti yaşamağına icazə verilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA