08-10-2015 [09:51]
Son günlər mətbuat nəqliyyat naziri Ziya Məmmədov barəsində çox yazır. Z.Məmmədovun özünün və yaxın çevrəsinin dövlət rəhbərliyinin gözündən düşdüyü deyilir. Bu iddiaların çoxalmasına prezidentin ötən ay verdiyi bir sərəncam da rəvac verdi. Sentyabrın 18-də dövlət başçısı İlham Əliyev "Dövlət Dəmir Yolları” QSC-nin Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil quruma çevrilməsi barədə sərəncam imzaladı. Bundan sonra mətbuat Z.Məmmədovu "portfelsiz nazir” kimi təqdim edərək, bunu onun karyerasının sonu kimi qiymətləndirdi.
Z.Məmmədovun deputat qardaşı Elton Məmmədovun parlament seçkilərində namizədliyini verməməsi, iki gün əvvəl prezident İlham Əliyevin Ucara səfəri zamanı Məmmədovların görünməməsi bu söz-söhbətləri bir qədər də körüklədi.
Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov son zamanlarda təmsil etdiyi qurum barəsində yazılan xəbərlərdən şikayətlənib: "Münasibət bildirmişdim ki, cənab nazir oktyabrın 23-nə qədər məzuniyyətdədir. Belə məlumatlara mövqe sərgiləmirəm. Cənab nazirin son açılış tədbirində iştirak edib-etməməsi səlahiyyətimə aid məsələ deyil. Amma ümumi götürəndə heç bir problem yoxdur. Mən reallıqdan uzaq yazılara münasibət bildirməyi doğru saymıram. Nəqliyyat Nazirliyindən, yaxud nazirdən nə istəyirlər? Kimlərin sifarişini yerinə yetirirlər, bunu da bilmirəm. 13 ildir nazirlikdə işləyirəm. Bu illər ərzində cənab nazirin vəzifədən çıxarılması haqda çox yazılıb. Vəzifə əbədi deyil. Burada fikir bildirilməli bir şey yoxdur”.
Nəqliyyat Nazirliyinin rəsmisi bu ilin iyulunda Z.Məmmədovun məzuniyyətə çıxması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirdi: "İyul ayında cənab nazir 10-15 günlük məzuniyyət götürmüşdü, səhhətinə görə. Sadəcə, indiki məzuniyyət əvvəlki illərdən qalıb, üst-üstə toplanıb. Adətən o, belə yazılara reaksiya vermir. Mən də onun işçisiyəm. Bu baxımdan çox reaksiya vermirəm. Çünki mənim işim konkret nazirliklə bağlı məsələlərə münasibət bildirməkdir. Yazılanlar da konkret şəxslə bağlıdır. Nazirliyə heç bir aidiyyəti yoxdur. Cəfəngiyyata münasibət bildirmək çətindir. Jurnalistlərin hər birinin öz yozumu var. Fakta istinadən münasibət bildirmək daha asandır. Ortada fakt yoxdursa, o zaman çox çətin olur. Cənab nazirin ortada olmamasının müəyyən səbəbləri ola bilər".

Nazirliyin sözçüsü yayılan xəbərlərlə əlaqədar Z.Məmmədovun mətbuat konfransı keçirib-keçirməməsi ilə bağlı sualımıza belə cavab verdi: "Cənab nazir hazırda Bakıda deyil. Bakıya gələndə hər halda, fikir bildirər. Mətbuat konfransı keçirmək olar. Ümumiyyətlə, buna ehtiyac görmür. Deyilənlər o qədər şişirdilib ki, yalandan olan yazılara mətbuat konfransı keçirməyin mənası da yoxdur. Sadəcə olaraq, fikir bildirmir. Deyir ki, onsuz da haqqımda daim yazırlar. İş görən adam daim diqqət mərkəzində olur. Nazirliklə bağlı heç bir addım atılmır. Səlahiyyətlərin bir hissəsi "ASAN xidmət”ə verildi, dərhal mətbuat başqa istiqamətə yozdu. Bundan əvvəl neçə nazirliyin bəzi səlahiyyətləri "Asan xidmət”ə verildi, bundan heç yazan yoxdur. Bunlar tədricən gedən proseslərdir. Müəyyən nazirliklərin səlahiyyətlərini onsuz da "ASAN Xidmət”ə verirlər".
O ki qaldı dəmir yolunun nazirlikdən ayrılmasına, N.Həsənov bildirib ki, bu, prezidentin səlahiyyətində olan məsələdir: "Hazırda faktiki olaraq, iş yerimdəyəm, əvvəlki qayda ilə işimi davam etdirirəm. Amma yazılanların hamısını oxuyuram. Baxmayaraq ki, o yazıların böyük hissəsi heç bir fakta söykənmir. Qoy əndişələnməsinlər. Ziya müəllim bu gün Azərbaycanın nəqliyyat naziridir. Onu bu vəzifəyə prezident təyin edib. Başqa qərarları da prezident verir. Təyin etməyi də, azad etməyi də. Bu, bizim səlahiyyətimizə aid məsələ deyil. Hər şeyi zaman göstərəcək. Bəlkə işlər daha yaxşıya doğru gedəcək. O zaman bu jurnalistlər nə yazacaqlar, onu bilmirəm" (musavat.com).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi