Vəkildən icra başçısına daha bir ittiham - Sənəd yayıldı (FAKT)

img

07-10-2015 [23:36]


"İcra başçısı Adil Əliyevin Sabunçu rayonundakı qanunsuzluqları barədə yazanda, bir çoxları əminliklə bildirirdilər ki, heç nə dəyişməyəcək. Ancaq ləng, çətin olsa da, dəyişir".

Mia.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov deyib. O, bildirib ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən tərtib olunan 20.09.2015-ci il tarixli 04422 protokola əsasən, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Parkda tullantıların əraziyə səpələnməsi, qalaqlanması və əraziyə yayılması müəyyən edilib: "Buna görə Sabunçu Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi inzibati xəta törətdiyinə görə 8000 AZN məbləğində cərimə olunub. Sənəd Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Əlişah Rəcəbov tərəfindən 29.09.2015-ci il tarixdə imzalanıb".

Mia.az həmin cərimə faktını təsdiq edən sənədləri də təqdim edir:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA