Avropa Şurasından Azərbaycana qarşı daha bir sərt addım - Əməkdaşlıq dayandırılır

img

07-10-2015 [19:45]


Avropa Şurası (AŞ) Azərbaycanla bağlı yaradılmış İnsan Hüquqları üzrə Birgə İşçi Qrupundan çıxmaq qərarını verib. 

Bu barədə AŞ baş katibinin mətbuat katibi bəyanat verib.

Bəyanatın mətnində deyilir: "Avropa Şurasının baş katibi Torbyorn Yaqland oktyabrın 7-də Nazirlər Komitəsinə Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupda iştirakına son qoymaq qərarını açıqlayıb.

2014-cü ilin oktyabrından Avropa Şurasının nümayəndəsi Bakıda Azərbaycan vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoqun bərpasına yönəlmiş görüşlərdə iştirak edib. 

Bu təşəbbüslərə baxmayaraq, ölkədə hüquq müdafiəçiləri ilə bağlı ümumi vəziyyət həddindən artıq pisləşib. Həbs edilmiş hüquq müdafiəçilərinin sayı artır, Avropa Şurası isə onların saxlanılma şəraitinin qəbuledilməz olduğu haqqında həyəcan doğuran məlumatlar alır. Bununla əlaqədar olaraq, baş katib Azərbaycan prezidenti İlham Əliyevə öz qərarı haqqında məlumat verib” (Turan). 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA