Bakı-Sumqayıt yolu çökdü - Vağzala giriş məhdudlaşdırıldı

img

07-10-2015 [15:48]


Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzaldan keçən hissəsində sürüşmə baş verib. 

Mia.az APA-ya istinadən xəbər verir ki, sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasından faktı təsdiqləyiblər. Bildirilib ki, sürüşmə nəticəsində yolun Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib. Hazırda aidiyyəti qurumlar ərazidə iş aparır.

Mia.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, hadisə səbəbindən avtovağzala gedən marşrutların xətti də dəyişdirilib: "Artıq Sumqayıt, Xırdalan və digər qəsəbələrdən gələn avtobusların avtovağzalın dayanacağına girişi də tamam dayandırılıb. Hadisə yerində mütəxəssislər işləyirlər. Dediklərinə görə, avtovağzala dönən yolun nə zaman açılacağı bilinmir".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA