"Hafka"nın bankının sədri dəyişdi

img

07-10-2015 [12:38]


"Bank of Azerbaijan”ın İdarə Heyətinin sədri yenidən dəyişib. Bu barədə bankdan bildirilib. Qurumun Müşahidə Şurasının qərarı ilə sədr vəzifəsinə Müslüm Mürsəlov təyin olunub. Onun "Bank of Azerbaijan”a 2007-2008-ci illərdə də rəhbərlik etdiyi bildirilir.

Xatırladaq ki, bundan əvvəl bankın İdarə Heyətinin sədri Məhəmmədəli Aslanov olub.

"Bank of Azerbaijan” son vaxtlar üzləşdiyi maliyyə problemləri ilə gündəmdədir. Bank məşhur iş adamı Hafiz Məmmədova məxsusdur. (fins.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA